Bakı quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə. 1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köçdü və adı dəyişdirilərək Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu.
Bakı quberniyası | |||||
---|---|---|---|---|---|
40°21′59″ şm. e. 49°50′06″ ş. u.HGYO |
|||||
Ölkə |
Rusiya imperiyası AXC |
||||
İnzibati mərkəz | Bakı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1859 | ||||
Ləğv edilib | 1920 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi dili | Azərbaycan | ||||
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Quberniyaya daxil olan qəzalar:
Rusiya çar hökumətinin inzibati islahatına əsasən Cənubi Qafqaz 1846-cı il 14 dekabr tarixli fərmanla 4 quberniya (Tiflis, Kutais, Şamaxı, Dərbənd) bölündü. Azərbaycan ərazisi, əsasən, Şamaxı quberniyasına daxil edildi. Şamaxı zəlzələ nəticəsində dağılandan (1859) sonra quberniyanın mərkəzi Bakıya köçürüldü, quberniya isə Bakı quberniyası adlandırıldı. Bakı quberniyasının tərkibinə Şamaxı, Şuşa, Nuxa (Şəki), Bakı və Lənkəran qəzaları, Xəzər dənizindəki Böyük Zirə, Daş Zirə, Pirallahı, Çilov və s. adalar daxil idi. Dərbənd quberniyasının ləğvindən (1860, may) sonra Quba qəzası da Bakı quberniyasının tərkibinə qatıldı. 1867-ci ilin dekabrında Yelizavetpol quberniyası təşkil edildi. Şuşa və Nuxa qəzaları Bakı quberniyasından ayrılıb Yelizavetpol quberniyasına verildi. Bakı quberniyasında Cavad və Göyçay kimi yeni qəzalar yaradıldı. Bakı quberniyası şimalda Dağıstan vilayəti., qərbdə Nuxa və Şuşa qəzaları, cənubda Astara və Araz çayları, şərqdə isə Xəzər dənizi ilə həmsərhəd idi. Quberniyanın ərazisi 39075,15 kv.km, əhalisi 789 659 nəfər idi (1897). Bakı quberniyasının təsərrüfatında əsas yeri neft sənayesi tuturdu. Quberniyada 1200-dən artıq fabrik və zavod var idi. Quberniyanın əhalisi (Bakı şəhəri istisna edilməklə) taxılçılıq, tütünçülük, bağçılıq, bostançılıq, pambıqçılıq, heyvandarlıq, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı quberniyasının ixracatında neft, duz, ipək, zəfəran mühüm yer tuturdu. Bakı quberniyasını Bakı hərbi qubernatoru (1872-ci ilin mayından Bakı qubernatoru) idarə edirdi. Hərbi və mülki hakimiyyət onun əlində idi. Quberniya inzibati-polis aparatı və bütün hökumət idarələri qubernatorun nəzarətində idi. 1905-ci ildə Bakı quberniyasında müvəqqəti gen.-qubernator vəzifəsi yaradıldı. 1906-cı il sentyabrın 28-də Bakı və onun fabrik-mədən rayonları Bakı quberniyasından ayrıldı. Ayrıca inzibati vahid olan Bakı şəhər rəisliyi (Bakı qradonaçalnikliyi) təşkil edildi. Bununla əlaqədar 1906-cı ilin dekabrında Bakı gen.-qubernatoru vəzifəsi ləğv edildi. Birinci dünya müharibəsi ərəfəsində Bakı quberniyası sosial-iqtisadi səviyyəsinə görə Rusiyanın inkişaf etmiş quberniyaları ilə yanaşı dururdu. Bakının Sovet Rusiyası tərəfindən işğalından (1920) sonra Bakı quberniyası ləğv olundu.
Hərbi qubernatorlar:
Qubernatorlar:
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
General-qubernatorlar hərbi dövrdə fəaliyyət göstərmişdir:
10 aprel 1840-cı ildə yaradılan Kaspi vilayəti 14 dekabr 1846-cı ildə ləğv edildi, Quba və Dərbənd qəzaları və yeni işğal olunmuş digər Dağıstan əraziləri ilə birlikdə Dərbənd quberniyası yaradıldı. Quba və Dərbənd qəzalarından başqa Kaspi vilayətinin tərkibinə daxil olan digər qəzaları əhatə edən Şamaxı quberniyası təşkil edildi. 1859-cu ildə adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. 5 aprel 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi onun tərkibinə daxil olan Quba qəzası Bakı quberniyasına qaytarıldı, Dərbənd quberniyasının mərkəzi olan Dərbənd şəhəri və onun inzibati mərkəz olduğu Dərbənd qəzası yeni yaradılan Dağıstan vilayətinin tərkibinə daxil edildi, Dərbənd şəhəri 1966-cı ilədək Dağıstan vilayətinin inzibati mərkəzi oldu. Bakı quberniyası 19 fevral 1868-ci il tarixinədək 57,696 kvadrat verst idi. Qeyd edilən tarixdə Yelizavetpol quberniyasının yaradılarkən Nuxa və Şuşa qəzaları Bakı quberniyasının tərkibindən çıxardılaraq Yelizavetpol quberniyası tərkibinə daxil edildi. Beləliklə Bakı quberniyası ərazisi azalaraq 34,286 kvadrat verst oldu.
Etnik qrup | Bakı q. | Cavad q. | Göyçay q. | Şamaxı q. | Lənkəran q. | Quba q. | Toplam |
---|---|---|---|---|---|---|---|
azərbaycan tatarı | 37 401 | 49 925 | 49 804 | 43 031 | 35 035 | 75 047 | 291 223 |
tat | 1834 | … | … | 1709 | … | 9516 | 13059 |
talış | … | … | … | … | 34 344 | … | 34 344 |
kürəli | … | … | … | … | … | 28 641 | 28 641 |
erməni | … | … | … | 18 183 | … | 528 | 18 711 |
rus | … | 252 | 128 | 6 533 | 5 534 | 157 | 12 604 |
yəhudi | … | … | … | 1 065 | … | … | 1 065 |
haputlu | … | … | … | 659 | … | … | 659 |
cekli | … | … | … | … | … | 9 767 | 9 767 |
buduqlu | … | … | … | … | … | 3 420 | 3 420 |
xınalıq | … | … | … | … | … | 2 315 | 2 315 |
milliyyəti göstərilmədən | 12 217 | 10 789 | 121 | 25 143 | 4 345 | 10 854 | 63 469 |
toplam | 51 452 | 60 966 | 50 053 | 96 303 | 79 258 | 130 245 | 468 277 |
Etnik qrup | Sayı | Nisbəti |
---|---|---|
azərbaycan tatarı | 364 049 | 68.22 % |
tat | 19 112 | 3.93 % |
talış | 42 999 | 7.95 % |
kürəli | 42 243 | 7.81 % |
erməni | 27 791 | 5.14 % |
rus | 18 229 | 3.37 % |
yəhudi | 6 415 | 1.19 % |
fars | 5 941 | 1.1 % |
cekli (haputlu daxil) | 5 635 | 1.04 % |
qrız | 4 795 | 1.55 %* |
xınalıq | 2 196 | * |
bilinməyən | 658 | * |
yekun | 540 773 | 100 % |