Edmund Delli

Vikipediya saytından
Sword313 (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:44, 21 fevral 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Edmund DelliAmerika hərbçisi, polkovnik, mühəndis.[1]

Birinci dünya müharibəsi (1914-1918) dövründə ŞərurNaxçıvan mahallarında yaradılmış müttəfiq idarəçiliyi zonasına Antanta dövlətlərinin Ermənistandakı ali komissarı, amerikalı polkovnik V.Haskel tərəfindən təyin edilmiş qubernator. 1919-cu il oktyabrın 23-də vəzifəsinin icrasına başlayacağı bildirilsə də, yalnız Naxçıvanın deyil, bütün İrəvan quberniyasının türk-müsəlman əhalisi Haskelin bu təyinatına qarşı çıxdı. 1919-cu il oktyabrın ortalarında Haskel Parisə çağırılmış, onun müavini polkovnik Ceyms Rey isə neytral zona məsələsini müzakirə etmək üçün Bakıya getmişdi. Oktyabrın 24-də o, Naxçıvana gələrək, Haskelin bəyanatını elan etmiş və bu bəyanata uyğun olaraq, Şərur və Naxçıvanda Amerika qubernatorluğu yaradılması, polkovnik Edmund L.Dellinin qubernator təyin edilməsi haqqında sərəncam imzalamışdı. Lakin bundan narazı qalan Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidi ilə Ceyms Rey qərarını dəyiş məli olmuş, polkovnik Edmund L.Delli Naxçıvanda general-qubernator kimi deyil, ali komissarın nümayəndəsi kimi qalmışdı. Ermənistanda olan ABŞ zabitlərinin noyabrda Edmund L.Delliyə köməyə gəlməsi Naxçıvan və Şərur əhalisinin narazılığını daha da artırmış və Delli ona köməyə gəlmiş zabitləri yenidən İrəvana qaytarmağa məcbur olmuşdu. Amerikalılar 1920-ci ilin yanvarında Şəruru və Naxçıvanı tərk etmişdilər.

  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild, Bakı, "Lider Nəşriyyat", 2004, s. 339