Alı Alıyev

Vikipediya saytından
185.30.88.54 (müzakirə) tərəfindən edilmiş 19:08, 1 mart 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Alı Alıyev
Şəxsi məlumatlar
Doğum tarixi 4 yanvar 1955(1955-01-04) (69 yaş)
Doğum yeri

Təltifləri "Tərəqqi" medalı — 2013 "Şöhrət" ordeni — 2014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alı Nüşrəvan oğlu Alıyev — (4 yanvar 1955, Qaryagin) — Füzuli rayonu İcra hakimiyyətinin başçısı, "Şöhrət" ordeni (2014) və "Tərəqqi" medalı laureatı (2009). Dalbayovun biri

Həyatı

Ali məktəbi bitirdikdən sonra 1977–1978-ci illərdə C. Cabbarlı sovxozunda iqtisadçı-aqronom, 1978–1981-ci illərdə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş siyasi işlər üzrə komandir müavini kimi çalışmış, hərbi rütbəsi mayordur. 1983-cü ildə Füzuli rayon Komsomol komitəsində təşkilat şöbəsinin müdiri, 1984–1985-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı,1985–1987-ci illərdə Bakı Alı Partiya məktəbinin dinləyicisi olmuşdur, 1987–1988-ci illərdə Füzuli rayon Partiya komitəsində təlimatçı, 1988–1989-cu illərdə Füzuli rayon Partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır.

1999-cu ildən son təyinatınadək Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır.

25 fevral 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.[1]

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2009-cu il tarixli 311 saylı sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir[2].

Azərbaycan respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2014-cü il tarixli Sərəncamı ilə Alıyev Alı Nüşrəvan oğlu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ailəsi

Ailəlidir. İki övladı var.

İstinadlar