Şlis birləşməsi

Vikipediya saytından
Atakhanli (müzakirə | töhfələr) (KU: Kateqoriya:MaşınqayırmaKateqoriya:Mexanika mühəndisliyi) tərəfindən edilmiş 22:05, 7 iyul 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şlis birləşməli val və oymaq.
Şlis birləməli val və oymağın müvafiq kəsiklərə uyğun profilləri.

Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.


Dişlərinin profilinin formasından asılı olaraq şlislər:

  • düzbucaq profilli;
  • evolvent profilli;
  • üçbucaq profilli.

olurlar.

Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.


Mərkəzləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir:

  • yan səthinə görə;
  • daxili diametrinə görə;
  • xarici diametrinə görə.


Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.