İşgil birləşməsi

Kənar ucları dairəvi şəkilli prizmatik işgil və val

İşgil birləşməsi – qasnaq, dişli çarx, mufta və s. hissələri ox və vallara bərkitmək üçün istifadə edilir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu birləşmələr burucu momenti valdan çarxa və əksinə ötürə bilir. Konstryksiyasının sadəliyi tez yığılıb sökülə bilməsi, çox böyük momenti ötürə bilməsi birləşmənin əsas üstünlüyüdür. Mənfi cəhətləri isə val üzərində işgil və ya şlis yuvası açılması nəticəsində valın və çarxın topunun zəifləməsi, gərginlik konsentrasiyası mənbələrinin əmələ gəlməsi, çox böyük yüklərdə konstruksiyanın dağılmadan qorunmaması və s-dir.

İşgil birləşməsi gərginlikli və gərginliksiz olmaqla iki qrupa ayrılır. Yığma əməliyyatı nəticəsində işgildə gərginlik yaranmazsa, belə birləşməyə gərginliksiz işgil birləşməsi deyilir. Prizmatik və seqment şəkilli işgilləri bua misal göstərmək olar. Gərginlikli işgil birləşməsində yığma əməliyyatı zamanı hissələrdə başlanğıc gərginlik yaradılır. Bunlara pazvari işgil birləşməsi aiddir.

İşgillərdən təkçə burucu momenti ötürmək deyil, həm də çarxları val boyu sürüşdürmək üçün istiqamətverici kimi də istifadə olunur.

Standart işgillər orta karbonlu xüsusi çeşidli tarım dartılmış poladlardan hazırlanır. Xüsusi təyinatlı işgillər üçün legirlənmiş poladlar götürülür.

Prizmatik işgil birləşməsi

[redaktə | mənbəni redaktə et]

Prizmatik işgildə burucu moment onun yan səthi ilə ötrülür. Kənar uclarının formasına görə işgillər dairəvi, müstəvi şəkilli və bir ucu dairəvi, digər ucu isə müstəvi şəkilli olur. Prizmatik işgillərin vasitəsilə hissələr val üzərində yaxşı mərkəzləşir. Prizmatik işgillərin əsas ölçüləri diametrə əsasən seçilir. İşgilin uzunluğu l<1.5d qəbul etmək məsləhətdir.

Seqmentşəkilli işgil birləşməsi

[redaktə | mənbəni redaktə et]

Kiçik diametrli vallarda (d<44 mm) seqmentşəkilli işgillərdən istifadə olunur.

Pazvari işgil birləşməsi

[redaktə | mənbəni redaktə et]

Bütün pazvari işgillər 1:100 mailliyi ilə hazırlanır. Bunlar bir ucuna çəkiclə vurmaqla yuvaya oturdulur. Onda işgilin alt üzü vala, üst üzü çarxın topuna söykənir. Yığma zamanı işgilin alt və üst səthlərində başlanğıc oturtma gərginliyi yaranır.

Kərimov Z. H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri – Bakı, "Maarif", 2002, 596 səh.