Maşın hissələri — maşınqayırmada işlədilən anlayış olub, yığma əməliyyatı aparmadan eyni bir materilaldan hazırlanan ən sadə maşın hissəsi nəzərdə tutulur.Başqa sözlə maşının özü sökülə bilməyən hissəsinə deyilir.
O, maşınların mühəndislik prinsiplərinə əsaslanan layihələndirilməsi zamanı elementar tapşırıqların yerinə yetirilməsi üçün texniki vasitədir. Ona görə də, müxtəlif maşınlarda tətbiq olunan hissələr eyni funksiyaya malikdirlər (məsələn vallar, vintlər, oymaqlar və s.).
Buna görə də, maşın hissələri fənni mühəndislik təhsilinin əsas hissəsini təşkil edir.Burada maşın hissələrinin ayrı-ayrılıqda və onların başqaları ilə birlikdə işləmə prinsipləri və hesablanması öyrədilir. Bir elm sahəsi kimi maşın hissələri nisbətən yaxşı araşdırılmış və bu sahədə kifayət qədər standart və normativlər hazırlanmışdır.
Onlar kütləvi şəkildə istehsal olunduğundan nisbətən aşağı maya dyərinə malikdirlər. Onların yaxşı işləməsi hesabatla bərabər mexaniki emal texnologiyasından da möhkəm asılıdır.
Fırlanma hərəkəti icra edənlər
Düzxətli hərəkəti icra edənlər
Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.