Salxımçiçək dovşanalması

Vikipediya saytından
DoktorBot (müzakirə | töhfələr) (Removing from Category:Azərbaycanın dərman bitkiləri using Cat-a-lot) tərəfindən edilmiş 09:12, 16 iyul 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Salxımçiçək dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Salxımçiçәk dovşan alması[2](Cotoneaster racemiflorus (Desf.) Booth ex Bosse subsp.suavis (Pojark.) Fed. C. suavis-Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, birikiillikdir,qonur-qəhvəyi rəngdədir və çılpaqdır.


Sinonim

  • Cotoneaster fontanesii Spach
    • Cotoneaster fontanesii var. desfontainii Regel
    • Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz.
    • Cotoneaster racemiflorus var. desfontainesii Zabel
    • Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
  • Mespilus racemiflora Desf.[3]

Növ müxtəlifliyi

Yarpaq

Yarpaqlarının uzunluğu 5-25 (40) mm-dir, dəyirmi, yumurtaşəkilli və ya enli ellipsşəkillidir, üst tərəfdən göyümtül-yaşıl rəngli,səpələnmiş və ya sıx basıq tüklüdür, alt tərəfdən sıx ağımtıl və sarımtıl nazik keçə tüklüdür; saplaları qısa, uzunluğu 2-4 (5) mm və keçə tüklüdür.

Çiçək

Salxımları sıx, düzduran, (3) 5-9 (12) ədəd çiçəklədir, demək olar ki, iki dəfə yarpaqdan qısadır. Tac ağ rənglidir, diametri 10 mm-ə qədər olub, açılmış dəyirmi ləçəklidir.Çiçəkləməsi May-İyun aylarına təsadüf edir.

Meyvə

Meyvələri parlaq-qırmızı rəngdədir, şarşəkillidir, diametri 8-10 mm-dir, iki, bəzən bir çəyirdəklidir.Meyvə verməsi İyul ayına təsadüf edir.

Azərbaycanda yayılması

Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kiçik Qafqaz(KQ) cənub, KQ mərkəzi, Naxçıvan. dağları, Lənkəran. dağları. Orta, bəzən yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

Daşlı və qayalı yamaclarda,kollar arasında və işıqlı meşələrdə. Qrup halında və tək-tək rast gəlinir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.
  2. "Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016"
  3. Salxımçiçək dovşanalması:''The Plant List saytında takson barədə məlumat. (ing.)