Anadoluçuluq

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 4 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.1) tərəfindən edilmiş 12:24, 10 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Anadoluçuluq (türk. Anadoluculuk) və ya Anadolu milliyətçiliyi (türk. Anadolu milliyetçiliği) — Türkiyə mədəniyyətinin əsas mənbəyinin Anadolu olması lazım olduğunu başlanğıc nöqtəsi kimi götürən ideologiya. Bu ideologiyanın əsas dayağı Anadolu türklərinin 1071-ci ildə baş tutan Malazgirt döyüşündə qalib gələrək Anadoluda yeni bir sivilizasiya qurmasıdır.

Erkən cümhuriyyət dövründə Hilmi Ziya Ülkən,[1] Mehmet Raif Oğan[2] və Nurəddin Topçu[3] kimi bəzi ziyalılar türk millətçiliyinin mənşəyinin "Turan"da deyil, Anadoluda axtarılmasını təklif etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ÜLKEN, Hilmi Ziya - TDV İslâm Ansiklopedisi". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  2. "OGAN, Mehmet Râif - TDV İslâm Ansiklopedisi". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  3. "TOPÇU, Nurettin - TDV İslâm Ansiklopedisi". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.
  4. Identity, Culture and Globalization - Annals of the International Institute of Sociology Arxivləşdirilib 2020-08-18 at the Wayback Machine, ISBN 9004128735, ISBN 978-90-04-12873-6, pg. 182 - 183.