Turan

Turan coğrafiyası narıncı xətt ilə göstərilmişdir (1850). Aral gölünün şərqində "Turan" adı görünür. Əfsanəyə görə Turan indiki Özbəkistan, Qazaxıstan, ƏfqanıstanPakistanın şimal bölgələrini əhatə edən coğrafiyaya deyilir. Bu ərazi bu gün Orta Asya termini ilə eyniləşməkdədir. Xəritədə Turan adlanan əraziyə daxil olan bölgələrin bir hissəsi: 1. Xarəzm, 2. Buxara ilə Bəlx, 3. Şəhərsəbz (Buxara yaxınlığında), 4. Hisar, 5. Kokand, 6. Dərvaz, 7. Karategin, 8. Qunduz, 9. Kafiristan, 10. Çitral, 11. Gilgit, 12. İskardu, 13. Qazaxıstanın şimal stepləri.

Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir.[1][2] .[3][4][5]

Turan adına AvestaFirdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu ideologiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq ideologiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.

  1. "Tūrān; an Iranian term applied to the country to the north-east of Iran". 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-19.
  2. Islamic Reference Desk. Brill Academic. 1994. səh. 461. Iranian term applied to region lying to the northeast of Iran and ultimately indicating very vaguely the country of the Turkic peoples.
  3. Central Asia: A Historical Overview. Duke University Press. 1994. səh. 86. ISBN 0-8223-1521-1.
  4. The Paths of History. Cambridge University Press. 1999. səh. 100. ISBN 0-521-64348-1. Turan was one of the nomadic Iranian tribes mentioned in the Avesta. However, in Firdousi’s poem, and in the later Iranian tradition generally, the term Turan is perceived as denoting 'lands inhabited by Turkic speaking tribes.'
  5. Zoroaster's Time and Homeland. Naples: Instituto Univ. Orientale. 1980. OCLC 07307436. Iranian tribes that also keep on recurring in the Yasht, Airyas, Tuiryas, Sairimas, Sainus and Dahis
  • "Qırğız tarixi. Ensiklopediya" Bişkek 2003
  • "Mamlekettik til cana entsiklopediya borboru"
  • "İ. Arabaev atındağı Kırgız mamlekettik Pedagogikalık universiteti"
  • "Başkı red. Ü. А. Asanov, cooptuu red. А. А. Asankanov"
  • "Red keñeş: Ö. C. Osmonov (töraga) T. N Ömürbekov"