Xatirə kompleksi

Vikipediya saytından
InternetArchiveBot (müzakirə | töhfələr) (Rescuing 1 sources and tagging 0 as dead.) #IABot (v2.0.9.2) tərəfindən edilmiş 12:08, 4 oktyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Bristol kilsəsinin divarında Meri Karpenterə həsr olunmuş xatirə kompleksi
Xatirə kompleksi kimi istifadə olunmuş laytboks

Xatirə kompleksi və ya memorial kompleks — vəfat etmiş şəxsin və ya hər hansı hadisənin xatirəsinə ithaf olunan kompleks. Xatirə komplekslərinin ən geniş yayılmış formalarına mühüm obyektlər, eləcə də incəsənət əsərləri, heykəllər, fontanlarparklar daxildir.

Ən çox yayılmış növləri baş daşımemorial lövhələrdir. Müharibədə ölənlərin xatirəsinə ucaldılan komplekslər də geniş yayılıb. Xristian dövlətlərində xaçşəkilli komplekslərdən istifadə olunur.

Təbii məzarlıqların sayının artması ilə baş daşları, eləcə də xatirə lövhələrinə icazə verilmədiyindən onlayn xatirə komplekslərindən istifadə də artmağa başladı.[1]

Biri öldükdə, ailəsi ondan bir xatirə qalması üçün xeyriyyə məqsədilə hədiyyə (adətən pul) verilməsini və ya həmin şəxsin xatirəsinə bir ağac əkilməsini xahiş edə bilər.[2]

Bəzən yuxarı sinif şagirdi vəfat etdikdə onun adına təhsil təqaüdü yaradılır və növbəti illərdə yüksək nailiyyətlər əldə etmiş şagirdlərə təqdim olunur.

  1. "What memorials are there?". 2012-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23. By native woodlands.eu.
  2. "Commemorative trees". National Trust. 1 September 1997. 10 December 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 December 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]