Pul — müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsuldur. Pul vasitəsilə insanlar, xalqlar, ölkələr arasında iqtisadi və mədəni münasibətlər həyata keçirilir.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Qızıl tədavülü Birinci dünya müharibəsinədək mövcud olmuşdur. Həqiqi pulların əvəzediciləri aşağıdakılar daxildir:
Pullar iki formada ola bilər:
Tarixi mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6–8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib. O, əmtəə mübadiləsinin tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə kimi, bir iqtisadi vasitə kimi meydana çıxmışdır. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.
İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.
Əsginaslar ilk dəfə Çində hazırlanmışdır.
Pul vasitəsilə həyata keçirilən mübadiləyə əmtəə tədavülü deyilir. Bu Ə-P-Ə formulu ilə ifadə olunur. Pulun mahiyyəti aşağıdakı 3 (üç) xüsusiyyətin vəhdətində meydana çıxır:
Pulun təkamülü prosesində bir çox pul nəzəriyyələri fəaliyyət göstərmişdir. Lakin onlardan üçü əsas nəzəriyyə kimi tanınmışdır ki, onlar da aşağıdakılardır:[1]
Pulun funksiyaları özü də iki yerə ayrılır. Klassik və modern funksiyalar.
Pulun klassik funksiyaları.
Pulun modern funksiyaları.
Pul aqreqatları pul kütləsinin struktur göstəriciləridir. Bir-biri ilə likvidlik səviyyəsinə görə (tez bir zamanda nağd pul vəsaitinə çevrilə bilmə imkanına görə) fərqlənən pul və pul vəsaitlərinin növləri pul aqreqatları adlanır.
Pul aqreqatları özlüyündə ierarxik sistemi təcəssüm etdirir – hər növbəti aqreqat əvvəlki aqreqatı öz tərkibinə daxil edir.
Müxtəlif ölkələrdə pul aqreqatları müxtəlif tərkib ilə fərqlənir. BVF bütün dünya ölkələri üçün ümumi M1 göstəricisinə və daha geniş göstərici olan "kvazivalyuta"-ya (təcili və əmanət bank hesabları, bazarda dövriyyədə olan daha likvid maliyyə alətləri) malikdir.
Azərbaycan Mərkəzi bankı M0, М1, М2, М3 pul aqreqatlarına sahibdir:
Bir sıra ölkələrdə əlavə olaraq M4 aqreqatı da istifadə olunur. Məsələn, Böyük Britaniyada M4 aqreqatı özündə dövriyyədə olan nağd valyutanın həcmini, banklar tərəfindən verilmiş kreditlərin ümumi məbləğini, həmçinin dövlət borclarının məbləğini birləşdirir.[2]