Arnem

Arnem (aşağı almanca: Ernem, almanca: Arnheim) Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər əvvəllər Sint-Jansbeek çayının sahilində yerləşirdi, lakin sonralar ərazisi böyüyərək "Nederrijn çayı"nın hər iki sahilinə qədər genişlənmişdir.

Arnem
Arnhem
Torres Colón
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
51°59′ şm. e. 5°55′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1233
İlk məlumat 893
Sahəsi
  • 101,53 km²[2]
Mərkəzin hündürlüyü 13 m
Əhalisi
Əhalisi
  • 164.096 nəf. (31 yanvar 2022)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +31 26
Poçt indeksi 6800–6846
Digər
arnhem.nl
Xəritəni göstər/gizlə
Arnem xəritədə
Arnem
Arnem
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Arnemin topoqrafik xəritəsi

Arnhemin şəhərin sərhədləri daxilindəki əhalinin sayı 159,265 nəfər (2019-cu ildə əhalinin ümumi siyahıyaalınmasının statistik məlumatlarına əsasən) olaraq müəyyən edilmişdir. Şəhər metropoliya regionu olaraq "Stadsregio Arnhem Nijmegen" metropoliya şəhərinin şimal hissəsini təşkil edir. Bu metropoliya regionunun əhalisinin sayı 722,181 nəfər (2010-cu ildəki əhalinin siyahıya alınmasının statistik məlumatlarına əsasən) təşkil edir. Bu statistik məlumat nəzərə alınarsa, Arnhem metropoliya şəhəri Hollandiyanın XV ən böyük şəhəridir.

Arhem şəhərinin tarixi orta əsrlərə qədər gedib çıxır. Arnhem 1233-cü ildə Zutfen qraflığından şəhər olmaq hüququ əldə etmişdir. 1850-ci ildə cəmi 9000 nəfərlik əhalisi olan şəhər qərbi Hollandiyanın varlı adamlarının hesabına populyarlıq qazanmışdır.

Arnhem Hollandiyanın şərqində yerləşən Gelderland əyalətinin paytaxtıdır. Şəhər hal-hazırda Reyn çayının deltasının bir qolu olan "Nederrijn çayının" hər iki sahilində yerləşsə də, ilkin olaraq isə Sint-Yansbek çayının sahilində yerləşmişdi.

Şəhər Neymeqen şəhərindən 16 km; Hollandiya-Almaniya sərhədində Almaniyada yerləşən Emmerich am Rhein şəhərindən 29 km; Utrextdən 16 km; Amsterdamdan 80 km və Rotterdamdan isə 97 km məsafədə yerləşir.

Şəhərə quru yolla gedişi təmin edən milli Hollandiya əsas magistralları bunlardır: A12, A50, N224, A/N325 və N784.

Komanda İdman Liqa Stadion Yaranma tarixi
SBV Vitesse Futbol Erediviziya Gelredome (Həcmi: təqribən 30,000 nəfər tamaşaçı) 1892-ci il
  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. register of public bodies.
  3. https://opendata.cbs.nl/statline/#/CBS/nl/.