Konka

Vikipediya saytından
Bikar (müzakirə | töhfələr) (185.32.44.114 (müzakirə) tərəfindən edilmiş 6762539 nömrəli redaktə geri qaytarıldı) tərəfindən edilmiş 10:15, 16 noyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Konkarelslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu.

1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]