Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Kirjim — yastıdibli gəmi, su nəqliyyatı vasitəsi.
Ağac materialından hazırlanan kiçik həcmli bu nəqliyyat vasitəsi ən çox Xəzər dənizində işlədilmişdir.
Kirjimdən əsasən dənizin dayaz yerlərində limana yan ala bilməyən gəmilərin yükünü sahilə daşımaq üçün istifadə edilirdi. Bu nəqliyyat vasitəsi də avarla və ya yelkənlə hərəkətə gətirilirdi. Bəzən kirjimlə uzaq səfərlərə də çıxırdılar. Arxiv sənədləri göstərir ki, hələ XVIII əsrin ikinci yarısında kirjim və sandal inşa etmək üçün Bakıda gəmi tərsanəsi olmuşdur.
Azərbaycanda bəzi nəqliyyat vasitələrindən hərbi məqsədlər üçün də istifadə edilmişdir. Rusiya-İran müharibəsi illərində (1826-1828-ci illər) Təbriz istiqamətində hərəkət edən çar ordusu üçün lazımi ərzaq və digər yükləri Azərbaycan kəndlərindən balıqçılar kirjimlə Kür çayı vasitəsilə Zərdaba qədər daşımışlar.