Təpəcikli yemişan

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) (Sortilegus Crataegus collina səhifəsinin adını Təpəcikli yemişan olaraq dəyişdi.) tərəfindən edilmiş 01:05, 1 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Təpəcikli yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təpəcikli yemişan (lat. Crataegus collina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Təbii halda Şimali Amerikada çayların kənarındakı təpəciklərdə, quru yamaclarda və seyrək meşələrdə yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5-8 m olan ağacdır. Budaqlarının üzərində seyrək halda 3-7 sm uzunluğunda tikanlar yerləşir. Yarpaqları tərs yumurtavari və ya ellipsvaridir. Uzunluğu 3-9 sm, eni isə 2-5 sm-dir, iti uclu və ya kütdür. Budaqlarının hər iki tərəfi zəif tükcüklüdür. Meyvəsi dairəvi, qəhvəyi-qırmızı rəngdədir. Toxumla çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Münbit torpaqlarda yaxşı bitir. İstiyə, kölgəyə davamlı olub, rütubət sevəndir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Yaşıllaşdırmada geniş ərazilərdə istifadə edilməsi məqsədyönlüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]