Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Beşdişicikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Beşdişicikli yemişan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 5-6 (8) m olan ağac və ya hündür koldur. Budaqlarının qabığı boz rənglidir. Cavan budaqları xovlu tüklüdür, bəzən demək olar ki, çılpaqdır. Tikanları nazik, çoxsaylı, uzunluğu 5-10 mm-dir.
Yarpaqları üst tərəfdən tünd-yaşıl rəngli, parıldayan, tüklüdür, alt tərəfdən daha açıqdır, qismən tüklüdür, bəzən, yumşaq keçə tüklüdür, nadir halda tamamilə çılpaqdır, qaidə hissəsi pazşəkilli kəsilmiş, görünüşünə görə yumurtaşəkillidir, 3-5 (7) bölümlüdür; bölümləri enli, küt və ya sivriləşmişdir, uc hissəyə yaxın sivri-dişlidir.
Çiçəkləri mürəkkəb çoxçiçəkli qalxan çiçək qrupunda toplanmışdır. Çiçək qrupunun budaqları, saplaq, çiçək yatağı qismən tüklüdür, bəzən keçə-tüklüdür. Tac ağ rəngdədir, diametri 13-17 mm-dir.
Meyvələri şarşəkilli, qara rəngli, göyümtül təbəqəlidir və qırmızımtıl lətlidir, uc hissədə quru, düzduran kasa yarpaqlıdır. Çəyirdəyi 3-5 ədəddir, demək olar ki, hamardır.
May ayında baş verir
Sentyabr-Oktyabr (Noyabr)
Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan - Əyriçay, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.
İşıqlı meşələrdə, meşə kənarında, kollu cəngəlliklərdə. Qrup halında və səpələnmiş halda rast gəlinir