Gəngiz şorangəsi
Gəngiz şorangəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Gəngiz şorangəsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
Gəngiz şorangəsi (lat. Salsola nodulosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Qafqazda təbii halda bitir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Geniş şaxələnmiş, xırda kolcuqdur, boyu 15–20 (30) sm, diametri 15–25 sm, dib hissəsi odunlaşmışdır. Cavan zoğları qısa, bizvari, üçtillidir, uzunluğu 4–5 mm-dir. Çiçəkləri sünbülvari çiçək qrupunda yerləşir. Sentyabr ayında çiçəkləyir. Meyvələrin qanadları böyrəkşəkilli və ya enli tərs yumurtavaridir. Narıncı və ya sarı-şabalıdı rənglidir, sonradan solğunlaşır. Vegetasiya əsasən, mart-aprel aylarında başlayır, avqust ayına qədər davam edir. Oktyabr ayında meyvələri yetişir. Toxumla çoxalır, ancaq cücərmə qabiliyyətini tez itirir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Duza, quraqlıqlaşmış və şorakətləşmiş quru torpaqlarda bitir. Efemerlərin inkişafı və həmçinin torpaüstü mamır və şibyələr substratın duzluluq dərəcəsindən və ilin mövsümi iqlim şəraitindən asılı olaraq böyük dəyişikliklərə məruz qalır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Xəzər, Kür-Araz ovalıqlarında, Abşeron, Qobustan, Naxçıvan düzənliklərində, arandan aşağı dağ qurşağına qədər təpələrin quru şorlaşmış yamaclarında və hündür quru düzənliklərdə cəngəlliklər əmələ gətirir. Abşeronda dənizkənarı ərazilərdə təbii halda bitir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Qış otlaqları üçün yararlıdır. Payız və qışda xırdabuynuzlu mal-qara, atlar və dəvələr gəngizi çox həvəslə yeyir. Bir kolun yaşıl yem kütləsi 50–120 q-dır. Gəngizin tərkibində (mütləq quru maddəyə görə) 8,84 soda və 2,56% potaş vardır. Payızda meyvəvermə dövründə dekorativ görünür. Eroziyaya uğramış, quru şorlaşmış yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.