Məmmədrza Afiyət Mərəndi

Vikipediya saytından
Yousiphh (müzakirə | töhfələr) (→‎Tərcümələri) tərəfindən edilmiş 14:37, 17 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Məmmədrza Afiyət Mərəndi
Doğum adı Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi
Doğum tarixi
Doğum yeri Qazax rayonu
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı

Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926 - 24 aprel 2011)—Azərbaycan yazıçısı, tərcüməçi, DF-MK-nin üzvu və "Azərbaycan" qəzetinin redaktoru.

Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə məşğul olub. 30 ilə yaxın "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib.

  • "Alov" (1959),
  • "Atamı istəyirəm" (1961),
  • "Sərdari-milli Səttərxan" (1968),
  • "Məşrutə İnqilabı və Pəhləvi dərbarının xəyanətləri" (1978),
  • "Sərdare-milli Səttərxan" (1980),
  • "Ürəkdə işıq" (1984).

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • "Balaca qara balıq" (1978),
  • "Cuğundur satan oğlan" (1960),
  • "Məhəbbət nağılı" (1987) və s.