Məmmədrza Afiyət Mərəndi

Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926, Qazax24 aprel 2011, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru.

Məmmədrza Afiyət Mərəndi
Doğum adı Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi
Doğum tarixi
Doğum yeri Qazax rayonu
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti yazıçı, tərcüməçi

Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub.[1] 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb.[2] Burada hərbi məktəbi daha sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.[3] 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib.[2]

Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub.[4] Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb.[5] Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib. Səməd Behrənginin "Balaca qara balıq", "Çuğundur satan oğlan", "Məhəbbət nağılı" kimi hekəyləini fars dilindən Azərbaycan dilinə tərcümə edib.[2]

2011-ci il aprelin 24-də Bakıda dünyasını dəyişib.[2][3]

  • "Alov" (1959)
  • "Atamı istəyirəm" (1961)
  • "Sərdari-milli Səttərxan" (1968)
  • "Məşrutə İnqilabı və Pəhləvi dərbarının xəyanətləri" (1978)
  • "Sərdare-milli Səttərxan" (1980)
  • "Ürəkdə işıq" (1984)

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  • "Balaca qara balıq" (1978)
  • "Cuğundur satan oğlan" (1960)
  • "Məhəbbət nağılı" (1987)
  1. "Xatirə təqvimi 22–25 yanvar". medeniyyet.az (ingilis). İstifadə tarixi: 2024-09-02.
  2. 1 2 3 4 İsmayılov, Güləddin. "Azərbaycan Demokrat Firqəsi: Məmmədrza Afiyət irsi daim dərindən tədqiq olunmalıdır". azerbaycan-ruznamesi.org. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  3. 1 2 Bayramzadə, Səməd. "Canını Vətən yolunda qurban verən insan". Butov.az. 2021-03-13. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-02.
  4. Tərtib edən və məsul redaktor: Səməd Bayramzadə. "21 Azər – 70" fotoalbom (şərhlərlə) (PDF) (az.). Bakı: “Araz” nəşriyyatı. 2015. səh. 99. ISBN 978-9952-8285-3-5. 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-02.
  5. Paşayev, Aydın. Azərbaycan təxəllüsşünaslığının əsasları (PDF) (az.). Bakı. 2016. 104. 2023-10-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-02.