Əlirza xan Qaragözlü

Vikipediya saytından
WeA Bot (müzakirə | töhfələr) (Foto çıxarılır (via JWB)) tərəfindən edilmiş 09:09, 23 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əlirza xan Qaragözlü
Əlirza xan Əliqulu xan oğlu Qaragözlü
Doğum tarixi
Doğum yeri Həmədan şəhəri
Vəfat tarixi
Fəaliyyəti məmur, siyasətçi

Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri.

Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.

Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı.

Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu.

Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi.

  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.