Əlirza xan Əliqulu xan Qaragözlü (1884–1954) — Şamlı elinin Qaragözlü oymağından olan İranın maliyyə və ədliyyə naziri.
Əlirza xan Qaragözlü | |
---|---|
Əlirza xan Əliqulu xan oğlu Qaragözlü | |
Doğum tarixi | |
Doğum yeri | Həmədan şəhəri |
Vəfat tarixi | |
Fəaliyyəti | dövlət qulluqçusu, siyasətçi |
Əlirza xan Əliqulu xan oğlu Qaragözlü 1884-cü ildə Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.
Əlirza xan Qaragözlü Bəhaülmülk ləqəbini daşıyırdı.
Əlirza xan Milli Məclisin 3-cü çağrışında Həmədan əhalisi tərəfindən nümayəndə olmuşdu. 1922-ci ildə Həsən Mustovfinin təşkil etdiyi hökumətdə İranın maliyə naziri vəzifəsində çalışmışdı. 1942-ci ildə Əhməd Qəvamın hökumətində ədliyyə naziri olmuşdu.
Mirzə Yəhya xanın qardaşı, Əbülqasim xan Nasirülmülkün bacısı oğlu idi.