Yeməli doqquzdon

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) (Sortilegus Yeyilən doqquzdon səhifəsinin adını Yeməli doqquzdon olaraq dəyişdi.) tərəfindən edilmiş 15:30, 2 iyul 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yeməli doqquzdon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yeməli doqquzdon (lat. Lonicera edulis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Əsasən Şərqi Sibirdə, Uzaq Şərqdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 0,6-1 m-ə çatan alçaqboylu koldur. Cavan budaqları nazik və sıx tükcüklüdür. Bitki yaşlandıqca budaqları çılpaqlaşır. Yarpaqları nazik, ensiz neştərvaridir, saplağı qısadır. Çiçəkləri nektarlı, qıfvari formalı, süpürgəvari çiçək qrupunda olmaqla yarpaq qoltuğunda yerləşir, ləçəkləri sarı rəngdədir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi tünd-göyümtül rəngli, 9-12 mm uzunluğunda olmaqla, silindrvarı formadadır, əsasən iyul ayında yetişir. Başqa növlərdən meyvəsinin yeməli, turşməzə olması ilə fərqlənir. Toxum və qələmlə çoxalır. 1000 ədəd toxumun çəkisi 0,9 qr olur.

İstisevən bitkidir, quraqlığadavamlıdır, qara torpaqlarda daha yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda, Şəkidə, Gəncədə şəhər yaşıllaşdırmasında, bir çox park və bağlarda rast gəlinir.

Budamaqla bitkiyə müxtəlif forma vermək olur. Meyvəsində kompot, kisel, mürəbbə, şərab və s. hazırlanır. Yaşıllaşdırmada istifadə edilir.