Yaz zirinci

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) tərəfindən edilmiş 06:20, 19 iyul 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Yaz zirinci
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir. Yay qələmlərinin 50 %-i kök atır.

Qışadavamlıdır, torpaqlara tələbkar deyil. Günəşli, yarımkölgəli yerlərdə yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mədəni şəraitdə park və bağlarda becərilir.

Müxtəlif kompozisiyaların qurulmasında, tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.