Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Yaz zirinci | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Yaz zirinci |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır.
Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir. Yay qələmlərinin 50 %-i kök atır.
Qışadavamlıdır, torpaqlara tələbkar deyil. Günəşli, yarımkölgəli yerlərdə yaxşı bitir.
Mədəni şəraitdə park və bağlarda becərilir.
Müxtəlif kompozisiyaların qurulmasında, tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.