Layihə A (film)

Vikipediya saytından
Kholat Syakhl (müzakirə | töhfələr) (→‎top: orfoqrafik düzəlişlər) tərəfindən edilmiş 17:45, 26 avqust 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Layihə A
ing. Project A
Janr döyüş filmi
Rejissorlar Ceki Çan
Sammo Hun
Prodüserlər Leonard Ho
Reymond Çou
Edvard Tenq
İcraçı prodüser Reymond Çou[d]
Ssenari müəllifləri Ceki Çan
Edvard Tenq
Baş rollarda Ceki Çan
Sammo Hun
Yuan Byao
Operator Çanq Yao Çu
İstehsalçı Golden Harvest
Distribütor Orange Sky Golden Harvest, Netflix
İlk baxış tarixi 22 dekabr 1983
Müddət 106 dəqiqə
Gəlir $19,323,824 Honq Konq dolları
Ölkələr Honkonq Honkonq
Dil Çin dili
İl 1983
Sonrakı film Layihə A 2 (film, 1987)
Rəng rəngli
IMDb ID0085127

Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır.

  • Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎)

XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır. Lakin bu plan çox da işə yaramır. Təcrübəli dəniz qulduru olan Lo həmişə dövləti qabaqlayır. Bu layihəni həyata keçirmək üçün təcrübəli şəxslərə ehtiyac duyulur. Bu səbəbdən layihəni davam etdirmək üçün işi Honq Konq Dəniz Polisi olan "Əjdaha" ləqəbli Ma və onun dostları öz üzərilərinə götürür...

  • 1985: Hong Kong Film Award
    • "Ən yaxşı döyüş kadrları"
      • "Ən yaxşı aktyor": Ceki Çan (bu mükafatı ona vermədilər)

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Ceki Çanın filmdə Qüllədən düşmə kadrı çoxdan planda idi. Lakin Ceki özünü toplamaq üçün çoxlu vaxt ayırmışdır. Ceki Çan Qüllədən düşən zaman onurğa sütunu, boğazı əzilmiş, boynu burxulmuş, barmağları və burnu sınmışdır. Lakin Ceki Çan birinci cəhdi uğursuz saydığından daha sonra iki dəfə də Qüllədən tullanmışdır.[1]
  1. "Maraqlı faktlar". 2010-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]