Şirkət xarici ölkələrdə video axını təklif etməyə 2010-cu ildən başladı. Həmin ilin sentyabrın 22-dən bu xidməti Kanadada əlçatan etdilər. O vaxt kanadalılar üçün aylıq abunə haqqı $7.99 idi. Şirkətin baş icraçı direktoru Heystinqsin sözlərinə görə, bu dünya boyunca qoyduğumuz ən minimal, ən aqressiv qiymət (the lowest, most aggressive price we’ve ever had anywhere in the world) idi.[1] Lakin, Kanadada filmlərin və serialların sayına məhdudiyyət qoyulmuşdu. 2012-ci ildə Coş LoiuenCanadian Business Online üçün araşdırma çərçivəsində öyrəndi ki, ABŞ Netflix kitabxanasında unikal filmlərin və serialların sayı 10,625 Kanadada isə 2,647 idi.[2] Eyni zamanda, Kanadadaki Netflix ABŞ-yəda Netflix saytında mövcud olmayan bəzi filmləri və serialları təklif edirdi. Məsələn, Running Wilde ABŞ televiziyasındda yayımlamağa başlayarkən, Kanadada Netflix saytında mövcud idi, ABŞ-də isə yox idi.[1] Ölkədə bir ildən qısa müddətdə million adam sayta abunə oldu,[3] bu Kanada əhalinin təxminən 3 %-ni təşkil edirdi.
2011-ci ilin iyulun 5-də Netflix video axın xidmətini Latın Amerikaya gətirmək planı olduğunu açıqladı.[4] O vaxt, bu Netflix üçün ən böyük genişlənmə idi və artıq ABŞ və Kanadada 23 million abunəçisi var idi.[5]
2011-ci ilin sentyabrda şirkət Mərkəzi və Cənubi Amerika və Karib hövzəsinin 43 ölkə və əraziyə İngilis, İspan və Portuqal dilində film və serialları təklif edərək genişləməsiyi başlayıb. Sentyabrın 5-də Braziliya xidmət açıldığı ilk Latın Amerika ölkəsi olub. Oradaki aylıq abunə haqqı $BR 14,99 idi (Bu isə $9,10 edir; yəni, ABŞ və Kanadadan daha çox).[6]
Xidmətin Latın Amerikasına gəlməsi şirkətin istədiyi qədər uğurlu olmadı. Baxmayaraq ki, onun Kanadadakı kimi bu regionun bazarında rəqibi olmayıb, orada genişzolaqlı internetin inkişaf olmadığı sürətli artmasına mane olub.[7]
2013-cü ildə Forbes jurnalın ehtimalına görə, ABŞ-dən kənar baxışlar şikətin dəyərinin 15%-i təsis edirdi. ABŞ-nin özündə isə evlərin 30%-i Netflix xidmətinə yazılıb.[11]
Britaniya və Skandinaviyadan sonra, Netflix2013-cü ilin sentyabrın 11-də Niderlanda genişlənib. Bu, Netflix o ildə genişləndiyi yeganə ölkə idi, çünki şirkət yazılma qiymətləri idarə etmək üçün genişlənməsini yavaşdırmağa qərar verib.[12]
2014-cü ilin sentyabrın 19-da, Netflix artıq Avstriya, Belçika, Fransa, Almaniya, Lüksemburq və İsveçrəyə genişləndirilib.[13]Fransadan başqa NetflixAvropada yaxşı qarşılandı. Buna görə şirkət Marseille adlı fransız dilli serialı yaratmağa qərar vermiş. O, House of Cards serialın remeyki olub. Orijinal serialın məzmunu Fransa kontekstinə qoyulub. Bu Netflix üçün ingilis dildə olmayan ilk tamaşadır.[14]
Avstraliya və Yeni Zelandiyaya genişlənməsi 2015-ci ilin martın 24-də baş verib.[15][16] Həmin ilin fevralın 4-də elan olunub ki, Yaponiyaya genişlənmə 2015-ci ilin payızında olacaq,[17] mayında isə NetflixCek ManınWasu Media Holding və başqa partnyorları ilə Çin onlayn video bazarına girmək üçün danışıqlar apardığını açığlayıb.[18]
2016-cı ilin yanvarın 6-da Consumer Electronics Show-daNetflix ən böyük olan, 130 yeni ölkəyə genişlənməsini elan edib. Beləliklə, şirkətin dediyinə görə, xidməti Çin və ABŞ sanksiyaların altında olan Krım, Suriya və Şimali Koreya kimi bölgələrdən , "dünyanın " mövcud olacaq.[21][22][23][24][25][26]
2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra, 4 mart 2022-ci ildə Netflix Rusiyadan gələcək bütün layihələri və satınalmaları dayandırdığını elan etdi[27] İki gün sonra, 6 mart 2022-ci ildə Netflix Rusiyadakı xidmətini dayandıracağını elan etdi.[28]
↑Supriya Kurane. "TITLE". Reuters. 15 May 2015. 18 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 May 2015.
↑Ramos, João. "'Portugal terá Netflix em Outubro'" ["Portugal will have Netflix in October"]. Expresso(Portuguese) (2223). Paço de Arcos: Impresa Publishing. June 6, 2015. E20–E21. August 13, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 6, 2015. (Subscription required (help)).