Qızılağacabənzər mürdəşər

Vikipediya saytından
Toghrul R (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 08:46, 4 oktyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qızılağacabənzər mürdəşər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4–10 sm, kənarları bütöv, 6–8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi — növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2–3,5 mm-dir. Çiçək tacı yaşılımtıl-ağdır. Meyvəsi — şarşəkilli, diametri 8–10 mm, iki-üç yaşılımtıl-sarı, yumru-üçkünc çəyirdəkli, ximircəkli, ikili "dimdikli" çəyirdəkdir. Yetişmiş halda meyvələri göy-qaradır.

İstisevəndir, soyuğa və rütubətə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bəzi bölgələrində rast gəlinir.

Meyvələri zəhərlidir, xalq arasında "canavar giləmeyvəsi" adlandırılır, ancaq quşlar tərəfindən yeyilir. Qabıq, tumurcuq, yarpaq və meyvələrində qlikozidlər, qatranlar, aşılayıcı maddələr, efir yağları vardır. Qabığı və meyvələri işlətmə və qusma xüsusiyyətlərinə malikdir və xalq təbabətində istifadə edilir. Oduncağından kömür alınır. Qabığında boyayıcı maddələr vardır. Dekorativ kol kimi yaşıllaşdırmada istifadə edilir.