Qazaxbəyli təpələri

Vikipediya, azad ensiklopediya
InternetArchiveBot (müzakirə | töhfələr) (1 mənbə arxivləşdirildi və 0 keçid ölü olaraq işarələndi.) #IABot (v2.0.9.5) tərəfindən edilmiş 06:12, 7 oktyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Qazaxbəyli təpələrində aparılan arxeoloji qazıntılar zamanı, əldə olunan nümunələr.

Qazaxbəyli təpələriQazax rayonunun Qazaxbəyli kəndi yaxınlığında bir-birindən 250–300 m aralıda yerləşən təbii təpələr. Qazaxbəyli təpələrində 1952-ci ildə erkən Dəmir dövrünə (e.ə. 8–6 əsrlər) aid olan yaşayış yeri və qəbiristanlıq aşkar edilmişdir.

Təpələrin birində yerləşən böyük qəbiristanlıqda qəbirlər dördkünc şəkildə qazılmışdır. Ölülər, başları müxtəlif istiqamətlərə olmaqla, sağ və ya sol böyrü üstə dəfn edilmişdir. Skeletlərin bəzilərinin altından iri diametrli gil xeyrələr (qablar) tapılmışdır. Qəbirlərdən qara və boz rəngli gil qablar, kəsmə xətlərlə bəzədilmiş və cilalanmış gil bardaqlar, çölməklər, qablar, camlar, parçlar, tunc balta, tunc kəmər, nizə ucluğu, dəmir dəstəli tunc qılınc, dəmir xəncərlər və s. aşkar edilmişdir. İkinci təpədə əldə edilən yerüstü arxeoloji materiallar qəbiristandakı tapıntılarla bənzərlik təşgil edir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qazaxbəyli təpələri". 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-04.