Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arxeologiya (yun. arxayos — qədim, loqos — bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir.
İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir.
Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür:
Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər, qayaüstü rəsmlər- petroqliflər aid edilir.
Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir. Görkəmli Azərbaycan tarixcisi A. Bakıxanov özünün "Gülüstani-İrəm" əsərində tarixi hadisələri şərh edərkən maddi-mədəniyyət abidələrindən bir mənbə kimi faydalanmışdır. A. Bakıxanovun Qəbələ, Dərbənd, Gilgilcay sədləri və başqa abidələr haqqında verdiyi məlumat öz əhəmiyyətini indiyədək saxlamışdır. Azərbaycan abidələrinə, onların yerləşməsinə, xüsusilə qədim Yunan tarixcisi Böyük Plininin "Təbiətin tarixi" adlı əsərindəki toponimik adların müasir kartoqrafiyadakı yerinə dair ilk əsaslı işi 1829-cu ildə Rusiya İmperator Arxeoloji Komissiyası tərəfindən göndərilmiş A. Yanovski görmüşdür. Onun araşdırmaları 1846-cı ildə "Qədim Qafqaz Albaniyası" haqqında adlı böyük məqalədə öz əksini tapmışdır. Sonraki dövrlər, daha doğrusu, Azərbaycanda Sovet hakimiyyəti qurulanadək arxeoloji abidələrin tədqiqilə əsasən əcnəbi həvəskar arxeoloqlar məşğul olmuşdur. 1834-cü ildə İsvecrə səyyahı Dübua de Manperi indiki Xanlar rayonu ərazisində arxeoloji qazıntılar aparmış və tapdığı materialları Fransaya göndərmişdir. 1848-ci ildə görkəmli rus şərqşünası V. H. Xanıkov Azərbaycanın bir sıra orta əsr abidələri, o cümlədən Bərdə və Naxçıvan abidələri barədə, 1862-ci ildə fransız səyyahı A. Berje Muğan düzündəki bir qrup abidələr haqqında məlumat vermişlər. Naxçıvanda məktəb müfəttişi işləmiş K. A. Nikitin 1870-ci ildə buradakı duz mədənlərində istifadə olunmuş qədim daş gürz və baltalar toplanmışdır. 1871-ci ildə Gürcüstanda Qafqaz Arxeoloji Komitəsinin yaradılması Azərbaycan abidələrinə marağı artırmışdı. 1881-ci ildə Tiflisdə çağırılmış 5-ci arxeoloji qurultayın qərarlarından sonra bu maraq daha da genişlənmişdir. 1879-cu ildə, qurultaya hazırlıq dövründə İ. S. Polyakov tərəfindən Naxçıvan ərazisində, N. O. Selosani tərəfindən isə Bərdə şəhər xarabalığında axtarış işləri aparılmışdır. Özlərində kolleksiya toplamaq məqsədilə bir sıra həvəskarların Azərbaycanın zəng qəbir abidələrinin qərət etməsi də o vaxtdan başlamışdı. Məsələn, Gədəbəy və Daşkəsən mis mədənlərində çilingər işləmiş V. Belk adlı birisi 300-dən çox abidəni qarət etmiş və topladığı qiymətli yadigarları Hamburq və Münhen müzeylərinə göndərmişdir. 30-cu illərdə Azərbaycan arxeologiyasının inkişafında xüsusi mərhələ təşkil edir. Bu illərdə Mil düzünə, xüsisən Örənqala şəhər yerinə, Kiçik Qafqazın Cənub-Şərq ətəklərinə, Naxçıvan ərazisinə və Azərbaycanın qərb rayonlarına ekspedisiyalar təşkil olunur. Bu işdə yerli alimlərdən Ə. Ələkbərovun, İ. Cəfərzadənin, D. Şərifovun, S. Qazıyevin, eləcə də Y. İ. Hummelin xüsusi xidmətlərini göstərmək lazımdır.[1]
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi asari-ətiqə (علمی آساری-اتیقه) adlandırılmışdır.[2]