Dress-kod

Vikipediya, azad ensiklopediya
Sofia (müzakirə | töhfələr) (212.47.138.47 (müzakirə) tərəfindən edilmiş 7313225 nömrəli redaktə geri qaytarıldı) tərəfindən edilmiş 15:16, 16 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Dress-kod (ing. dress code) — müəyyən bir təşkilatda, müəssisədə işləyərkən və ya tədbirdə iştirak edərkən tələb olunan vahid geyim forması.

Tarixçə[redaktə | mənbəni redaktə et]

"Dres-kod" termini ilk dəfə Böyük Britaniyada işlənib. Bu termin tez bir zamanda bütün dünyaya yayıldı. Şəxsin müəyyən bir peşə qrupuna aid olduğunu göstərmək üçün istifadə edilir.

Kodlar[redaktə | mənbəni redaktə et]

  • Court dress — müvafiq saray tərəfindən diktə edilən saray geyimi.
  • Formal (Full formal, Full dress, Formal attire) — qadınlar üçün bal paltarı, kişilər üçün ggündüz Morning dress açıq frak və yaxud kostyumla açıq jilet və qalstuk, axşam isə White tie - qara frak və ağ kəpənək.
  • Semi-formal (Smoking, Le Smoking) — qadınlar üçün koktey geyimləri (gündüz) və gecə paltarları (axşam), kişilər üçün isə tünd kəpənəklə smokinq.
  • Informal (Cocktail (old-shttp://az.wikipedia.org/w/index.php?title=Dress-kod&action=edittyle) or Business attire) — rəsmi geyim.
  • Smart casual (Business casual (old-style), Cocktail (new style), Executive Casual, Corporate Casual) — qadınlar üçün cins, bluza ilə yubka, tərzdən asılı olaraq kəmər, pencək, gödəkçə və sviter. Kişilər üçün isə şalvar (cins) və köynək, mokasin tipli tufli və kəmər.
  • Business casual (Dressy, Resort Casual, Country Club, Casual chic, Semi-casual, Neat casual) — qadınlar üçün kapri, uzun şort və ya polo ilə parça şalvar, kişilər üçün isə köynək və ya polo kəmər və tufli ilə pambıq parçadan şalvar.