Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı

Vikipediya, azad ensiklopediya
94.20.70.216 (müzakirə) tərəfindən edilmiş 20:41, 1 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlarAzərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı.

Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Space Tv-də "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Armenia Laureat-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Uşaq bağçalarında ən çox dinlənən sənətçi musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir.[1] Aygün Kazımova səhnədə Coffee from Colombia mahnısını ifa etmişdir. Aygün Kazımovanın bu etirazı erməni mətbuatında müzakirə edilmişdir.

"Təşəkkürlər. Çox sağolun. Bütün hər kəsə minnətdarlığımı bildirirəm. Həmvətənlərimə minnətdarlığımı bildirirəm. Canım Azərbaycanlılarıma...
Thank you my Karabagh!
Thank you Daf Music Awards!
Thank you Hamburg!"

Aygün Kazımovanın mükafatı alan zamankı çıxışı.

2017-ci ildə yenidən Altın Kelebek və hər il Türkiyədə televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə: blogger Nadgiba, aparıcı Kəmalə Piriyeva kimi şəxslərə verilən Altın Kelebek mükafatına namizəd göstərilmişdir. Lakin 2017-ci ildə 3 estetik əməliyyatı keçirdiyi üçün namizədliyinin geri görülməsini istəmişdir. 2018-ci ildə yenidən Altın Kelebek mükafatlarında Azərbaycanın Ən Parlaq Ulduzu kateqoriyasında qalib olmuşdur. Türkiyədə keçirilən mükafatlandırma mərasimində pop-diva Duy albomunun ilk sinqlı - S.U.S. mahnısının remake versiyasını ifa etmişdir. 2017-ci ilinin son günü "Soyuq əllər - isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosunun 106.3 FM-i tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görülmüşdür.[2]

Qrand Mükafatı

Siyahıda əksiklik var, tamamlamağa kömək edin.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ‘’V&V Company’’ tərəfindən təşkil olunan ‘’Qrand Mükafatı’’.

İl Namizəd göstərilən iş Mükafat Nəticə
1998 Gecələr keçir İlin mahnısı Qazandı
1999 Aygün Bu Gün İlin konserti Qazandı
2000 Я девушка восточная İlin konserti Qazandı
2000 Я и ты İlin mahnısı Qazandı
2000 Aygün Kazımova İlin müğənnisi Qazandı
2001 Qeyri-adi şou İlin konserti Qazandı
2001 Şəklimi çək İlin mahnısı Qazandı
2001 Aygün Kazımova İlin müğənnisi Qazandı
2002 indi sənsiz İlin mahnısı Qazandı
2002 Aygün Kazımova İlin müğənnisi Qazandı
2003 Bir söz yetər İlin mahnısı Qazandı
2004 Aygün Kazımova və Namiq Qaraçuxurlu İlin dueti Qazandı
2006 Öpsən İlin mahnısı Qazandı
2007 Öpsən İlin konserti Qazandı
2008 Yenə tək İlin mahnısı Qazandı
2009 Aygün Kazımova İlin müğənnisi Qazandı
2009 Xeyir Ola İlin ən reytinqli şou proqramı Qazandı
2010 Aygün Kazımova İlin müğənnisi Qazandı
2011 Düşün məni İlin klipi Qazandı
2012 Aygün Kazımova və Sinan Akçıl - İkinci sen İlin dueti Qazandı
2012 Hayat ona güzel İlin klipi Qazandı

Kral TV Video Müzik Ödülleri

İl Mükafat Nəticə
2012 Ən Yaxşı Mahnı Namizəd
2012 Ən Yaxşı Qadın Sənətçi Namizəd

Big Apple Music Awards

Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"-dan imtina etmişdir.[3]

İl Mükafat Nəticə
2015 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi Namizəd
2015 Qafqazın Ən Yaxşı Qadın Sənətçisi[4] Namizəd

Daf Bama Music Awards

Hər il Almaniyada keçirilən musiqi mükafatıdır.

İl Mükafat Nəticə
2015 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi Namizəd
2016 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi Qazandı
2017 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi Namizəd
2018 Azərbaycanın Ən Yaxşı Qadın Sənətçisi Namizəd

Altın Kelebek Ödülleri

Aygün Kazımova sıx iş qrafiki səbəbi ilə 2017-ci ildə "Altın Kelebek Ödülleri"ndən namizədliyinin geri götürülməsini istəmişdir.[5]

İl Mükafat Nəticə
2017 En İyi Kadın Sanatçısı [6] Namizəd
2018 En İyi Kadın Sanatçısı[7] Qazandı

Milli dalğa

İl Namizəd göstərilən iş Mükafat Nəticə
2017 S.U.S İlin mahnısı[8] Qazandı

Fəxri adları

Mükafat və döş nişanı Tarix Qeyd İstinadlar
Azərbaycan Respublikasının Əməkdar Artisti &0000000020020000.000000 2002 Heydər Əliyev tərəfindən [9]
Azərbaycan Respublikasının Xalq Artisti &0000000020020000.000000 2008 İlham Əliyev tərəfindən [10]

Medalları

14 iyun 2021-ci il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Vətənə xidmətə görə” medalı.[11][12][13][14][15]

Digər mükafatları

Bakı Payızı

1988-ci ildə keçirilən "Bakı Payızı - 88" mahnı müsabiqəsində Vaqif Gərayzadənin bəstəsi olan "Yarım eşitsin məni" mahnısını ifa etmişdir. Müsabiqədə birinci olmuşdur.

Yurmala-89

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Aygün Kazımova mahnının giriş hissəsində muğam ifa edir. Lakin müsabiqə qaydalarını pozduğu üçün münsinflərdən az bal alaraq, finala çıxa bilməmişdir.

Asiyanın Səsi

1992-ci ildə Qazaxıstanda keçirilən “Asiyanın Səsi” (Qazaxca:Азия дауысы) mahnı müsabiqəsində Azərbaycanı təmsil etmişdir.

Türkvizyon

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən “Türkvizyon” mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə təmsil etmişdir. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur.[16] Aygün Kazımova yarışmada üçüncü yeri tutmuşdur.

Həmçinin Bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  2. "Arxivlənmiş surət". 2018-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  3. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  4. "Arxivlənmiş surət". 2018-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  5. "Arxivlənmiş surət". 2020-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  6. "Arxivlənmiş surət". 2017-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  7. "Arxivlənmiş surət". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  8. "Arxivlənmiş surət". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  9. "Arxivlənmiş surət". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  10. "Arxivlənmiş surət". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  11. Ali Hərbi Məktəbdə bayram konserti Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  12. Baş İdarə Xalq artisti Aygün Kazımovanın iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert təşkil edib Arxivləşdirilib 2021-06-15 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  13. Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) Arxivləşdirilib 2021-06-16 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  14. Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  15. Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения - ФОТО Arxivləşdirilib 2021-06-15 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  16. "Arxivlənmiş surət". 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.