Aygün Kazımovanın filmoqrafiyası

Aygün Ələsgər qızı Kazımova (26 yanvar 1971[1], Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). Azərbaycan Respublikasının Xalq artisti (2008).[6]

Aygün Kazımova
Ümumi məlumatlar
Doğum adı Aygün Ələsgər qızı Kazımova
Ləqəbləri Ölkənin əsas ulduzu, Diva, Pop kraliça, Milyonların sevimlisi
Doğum tarixi 26 yanvar 1971(1971-01-26)[1] (53 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı
  • İlqarə Kazımova[d]
Partnyorları
Atası Ələsgər Kazımov
Anası Fizzə Kazımova
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, musiqiçi, Həndbolçu, bəstəkar, kino aktrisası, rejissor, aparıcı, prodüser
Fəaliyyət illəri 1988-ci ildən
Janrlar pop musiqisi, muğam, caz, xalq musiqisi, müasir R&B[d], soul, xalq mahnısı
Albom şirkəti BEAT Music
Əlaqələri Namiq Qaraçuxurlu, Snoop Dogg, Sinan Akçıl, Alim Qasımov, David Vendetta
Təhsili
Boyu 1.68 sm[5]
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonundan, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir.[7] Ailənin dördüncü – sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqda pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan "Körpü şou"da qonaq olduğu zaman etiraf etmişdir.[8] Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinfinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onu bu illərdə daha da həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o, həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxmışdır. 1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərmişdir. Aygün Kazımova "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə Rəhm eylə bizə, İlahi adlı mahnını duet şəklində ifa etmişdir.

1989-cu ilin 24 dekabında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova [1] dünyaya gəlir. Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə, həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub.

1988–1990-cı illər

[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlmişdir. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısını ifa edir. İlk qrand-prisini məhz bu yarışmada qazanmışdır. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq Artistidir" deyir. Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olur və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağını özünə söz verir.[9]

1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edir. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarır. Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak etdən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir.[10]

1989-cu ildə Aygün Kazımovanın tarixə düşəcək "Novruz gəlib" mahnısını Azərbaycan Televiziyasının Novruz bayramı buraxılışında ifa etmişdir.

1991–1995-ci illər

[redaktə | mənbəni redaktə et]

1991–94-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak etmişdir.[11]

1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxumuşdur.

1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak etmişdir.

1993-cü ildə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edir.

1994-cü ildə "İtkin gəlin" mahnısını ifa edir. Mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. Aygün Kazımova müsahibələrinin birində ilk öncə mahnının oxumaq istəmədiyini və məhz mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə mahnını oxuduğunu demişdir. Bu mahnı Aygün Kazımovaya inanılmaz şöhrət gətirir. 1994-cü ildə İlqar Ələkbərovun rejissorluğu ilə "Bizim qızlar" mahnısını lentə alır.

1996–1999-cu illər

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır.

1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Türkvizyon" mahnı müsabiqəsində Azərbaycanı "Ah, Vətən" mahnısı ilə layiqincə təmsil edir. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur.[12] Aygün Kazımova yarışmada üçüncü yeri tutmuşdur.

1997-ci ildə Ömrüm-günüm albomunu dinləyicilərinə təqdim edir. Albom "Bakı-Raks" şirkəti tərəfindən satışa çıxarılıb.[13]

1998-ci ilin "Yeni il" bayramında, Aygün Kazımova uzun fasilədən sonra Azərbaycan Dövlət Televiziyasının efirinə çıxır. Bəyaz geyimdə – həzin "Mavi dünyamsan" mahnısını ifa etməsi onun səhnəyə yenidən qayıdışı idi. Aygün Kazımova həmin an 105 kq idi.

1998-ci ildə Aygünün "Gecələr keçir", "Vokaliz" mahnıları və bu mahnılara çəkilən kliplər böyük səs-sədaya səbəb olur.

1999-cu ildə "Sara TV"-də "Aygün bu gün" verlişində aparıcılıq edir.

1999-cu ildə "Sənsizliyim" mahnısını və ona çəkilən klipini təqdim edir. Mahnı daha çox "Qoy işığı söndürüm" adı ilə məşhurlaşır.

1999-cu ilin aprel ayının 10-da Heydər Əliyev Sarayında, "Aygün bir gün" konsertini vermişdir.

2000–2002-ci illər

[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Heydər Əliyev adına sarayda "Ya devuşka vostoçnaya" adlı solo konsertini verir. Bu ildə "İlin müğənnisi", "İlin konserti" — "Aygün bir gün", "İlin hiti" — "Gecələr keçir" Qrand milli mükafatlarına layiq görülür.

2001-ci ildə "İlin müğənnisi", "İlin konserti", "İlin hiti" — "Ya i ti" Qrand milli mükafatına layiq görülür. Həmçinin "Şəklimi çək" mahnısı da Qrand milli mükafatına layiq görülür.

2001-ci ildə Heydər Əliyev adına sarayda, Türk sənətçisi Mustafa Sandal ilə birlikdə solo konsert vermişdirlər. Həmin konsertin bitişindən sonra noyabr ayında möhtəşəm şou olacağı bildirilmişdir. Bu dəfə məkan fərqli seçilmişdi, Heydər Əliyev adına idman-konsert kompleksində baş tutan "Qeyri-adi şou" konsertinin bileti çox erkən tükənmişdir və 2001-ci ildə 23 noyabr tarixində böyük anşlaqla baş tutmuşdur. Rusiyanın ən önəmli qadın sənətçilərindən biri bilinən Lolitanın konsert günü, əlavə olaraq Aygün Kazımovanın da çıxışı baş tutmuşdur.

2001-ci ildə "Şəklimi çək", "Depresyondayım", "Sevdim", Uyma, "Tez gəl" mahnılarını və bu mahnılara çəkilmiş misilsiz kliplərini təqdim edir.

2000-ci ildə "Aygün", 2001-ci ildə isə "Sevdim" albomlarını təqdim edir.

Konsert 2002-ci il aprel ayının 5-i Heydər Əliyev Sarayında "Aygün & Lolita — Jenskie istorii" adı altında baş tutmuşdur.

Bu konsertdən tam bir ay sonra, 2002-ci il mayın 5-i tarixində, Heydər Əliyev Sarayını "Gələrsiz-görərsiz" adlı solo konsert ilə dolduran Aygün Kazımova, yenə də ilin ən möhtəşəm şousunu göstərmişdi. Sentyabrın əvvəlində Sankt-Peterburqa yola düşən Aygün çox böyük bir riskə əl atdı. 8 saatlıq plastik əməliyyata həyatı bahasına imza atdı. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi…Ona görə də Aygün, rejissorluğunu Ülviyyə Könülün üstələdiyi əməliyyat kadrlarının çəkilməsini və Xanım İsmayılqızının "Tez gəl" mahnısına çəkilən klip şəklində tamaşaçılara təqdim edilməsini vəsiyyət edir.

2002-ci ildə "Best Model of the World" model yarışmasının prezidenti, türkiyəli iş adamı Erkan Özərmanın seçimi ilə "Best Model of Azerbaijan – 2002" müsabiqəsinə təşkilatçılıq edən Aygün bir neçə ay gündəmi məşğul etməyi bacardı. Türkiyəli model Mert Kılıc ilə "aşk yaşadığını" deyən Aygün müsabiqəyə böyük reytinq qazandırdı. Yarışma bitəndən sonra "Mert aşkı" da bitdi. Bu müsabiqəyə Türkiyədən və Rusiyadan qonaqlar da dəvət olunmuşdu. Həmin müsabiqə yüksək səviyyədə təşkil olduğuna görə 94 ölkə arasında birinci yerə layiq görüldü.

2002-ci ildə "Siqara" mahnısını və ona çəkilən klipi təqdim edir. 2002-ci ildə "Best Model of Azerbaijan – 2002" müsabiqəsində Aygün Kazımovanı "Super Star" adı ilə təqdim edirlər və bütün ölkədə onu "Super Star" ləqəbi ilə təqdim edirlər. "Best Model of Azerbaijan – 2002" müsabiqəsindən sonra türk mediasından düşməyən Aygün Kazımova, türk mediasında Azərbaycanın Ajda Pekkanı və "Azeri Diva" ləqəbi ilə olaraq təqdim olunur.[14] 2002-ci ildə "Space TV"-nin lentə aldığı "Qış nağılı" komedik filmində Zülfiyyə Xanbabayevanın qızı rolunu canlandırır.

2002-ci il dekabrın 24-ü Aygün "Azərbaycan Respublikasının Əməkdar Artisti" adına layiq görüldü. Bu adın qiyməti ondadır ki, bu ad dahi Heydər Əliyev imzası ilə verildi.

2003–2005-ci illər

[redaktə | mənbəni redaktə et]

2003-cü ilin 24 may tarixində Heydər Əliyev Sarayında "Aygün & Nez — Stereo effekt" konserti baş tutmuşdur.

2003-cü ildə "Vətən anadır", "Bir söz yetər" mahnılarına çəkdirdiyi klipləriylə özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı.

2004-cü ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə "Sevdi ürək" adlı ilk dueti böyük marağa səbəb oldu. 2004-cü ildə Hüseyn Abdullayevin müəllif olduğu "Son Söz" mahnısını ifa edir və mahnıya gürcüstanlı rejissor klip çəkir. 2004-cü ildən meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlamışdır.

2005-ci ildə Aygün Kazımova sərhədləri daha da genişləndirdi. Rusiyanın Novossibirsk şəhərində 28 may tarixində "Ya devuşka vostoçnaya" konserti baş tutmuşdur.

2005-ci ildə "Məşədi İbad-94" filmində xarakterinə uyğun Sənəm obrazını canlandırdı. Həmin ildə Arif Qaziyevin çəkdiyi "Xarı bülbüllər" filmində yaratdığı Xan qızı Natəvan obrazıyla aktrisa kimi, bəstələdiyi "Sevərsənmi", "Bir gün" mahnıları ilə bəstəkar kimi də özünü sınamış oldu.

2005-ci ildə "Mən Aygünəm" mahnısını ifa edir və mahnıya arxivindən ibarət klip çəkdirir. Mahnının musiqisi Eldar Mansurova aiddir.

2005-ci ildə Azərbaycan Respublikasının I Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bəstəsi olan "Səndən nigaranam" mahnısını və Elşad Xose, Dəyirman qrupu ilə birlikdə "Mavilər" duetini təqdim edir. Həmçinin 2005-ci ildə"Sevərsənmi" albomunu təqdim edir. Alboma Azərbaycanın ən məşhur bəstəkarları Eldar Mansurov, Rəhim Rəhimli, Tünzalə Ağayeva, Gövhər Həsənzadə, İsa Məlikovun əsərləri daxildir.[15]

2006–2009-cu illər

[redaktə | mənbəni redaktə et]

2006-cı ilin 26 yanvarında, Moskvanın böyük Kreml sarayında "Ya devuşka vostoçnaya" adlı verdiyi möhtəşəm konsertilə həm də öz 35 illik yubileyini xarici həmvətənləri ilə qeyd etmiş oldu. Məşhur və sevilən rus müğənnisi Filip Kirkorov ilə Calma duetini ifa etməsi və Filip Kirkorovun səhnədə Aygünün qarşısında diz çökərək Azərbaycana, azərbaycan xalqına – Azərbaycan qızı Aygünə öz eşqini bildirməsi Əməkdar Artistimizin növbəti uğuru idi.

2006-cı ilin 3 may tarixində nəhayət ki, Heydər Əliyev adına sarayda "Xarı bülbüllər" filminin təqdimatı keçirilir. Təqdimat əvvəlcə filmin tamaşaçılara nümayişi, muğam ifaçılarının və sonda Aygün xanımın "Azərbaycan" mahnısını ifa etməsi ilə keçirilir.

2006-cı ilin 24 noyabr tarixində, Aygün xanımın ikinci dəfə təşkilatçılığı ilə "Best Model of Azerbaijan – 2006" model müsabiqəsi keçirilir. Bu dəfəki yarışmaya da xaricdən fəxri qonaqlar dəvət olunmuş, onlar yüksək səviyyədə qarşılanmış və təbii ki, Aygün xanımın simasında Azərbaycan qonaqpərvərliyinin bir daha şahidi olmuşlar. Yarışmanın nəticəsində seçilmiş qalib cütlük həmişəki kimi Türkiyəyə – Azərbaycanı təmsil etmək üçün göndərilmiş, ad qazanıb Vətənə qayıtmışlar.

2007-ci ilin 20 iyun tarixində, Tofiq Bəhrəmov adına Respublika stadionunda verdiyi "Öpsən" adlı konserti də Aygün Kazımovanın növbəti hay-küylü layihəsi oldu. 2007-ci ildə Sankt-Peterburqda 5 saatlıq cərrahiyyə əməliyyatı zamanı Aygün Kazımovanın bədənində kiçik plastik əməliyyat keçirilib. Əməliyyatı cərrah Nekrasov həyata keçirmişdir.[16]

2008-ci ildə Aygün Kazımovan ATV-də həftəiçi 5 gün yayımlanan "Xeyir Ola" əyləncəli musiqili verilişində aparıcılıq etmişdir.

2008-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdür.

2009-cu ildə "Təkcə səni" mahnısını ifa edir və mahnıya Fuad Əlişovun rejissorluğu ilə klip çəklilir.

2009-cu ildə Yaşıl Teatrda "Olduğum kimi" konserti baş tutmuşdur.[17]

Konsertdə Aygün Kazımova 2 saatdan çox canlı ifa etmişdir.

2010–2011-ci illər

[redaktə | mənbəni redaktə et]

2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətlərində problemlər yaranır və bu Aygün Kazımovanı depressiyaya salır. Uzun üddət özünə gələ bilməyən "Diva" ləqəbli müğənni sonradan özünü ələ alır və ard-arda hitlər təqdim edir.

2010-cu ildə Miri Yusif ilə Petrol mahnısını ifa edir. Mahnı "SS Production" tərəfindən hazırlanır. Mahnıya klipi gürcü rejissor Basa Potskhishvili çəkmişdir. Klip ilk olaraq Türkiyənin ən məşhur musiqi kanalı olan Kral TV-də yayımlanmışdır. Kral TV-nin TOP-20 "Hit Parad"-ında 17-ci pilləyə qədər yüksəlir. Bu Azərbaycan mahnısının Türkiyədəki "Hit Parad"-lardakı ilk uğuru idi.[18][19][20]

2011-ci ildə "Extreme Azerbaijan" realiti şousu üçün Namibiya yolanan "Xalq artistinin" ov tüfəngini əlinə alaraq nəsli kəsilməkdə olan heyvanı hədəf alaraq atəş açması və ceyranı vurması şounun ən yaddaqalan hadisələrindən biri olmuşdur.[21]

2011-ci ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərinə son qoyan Aygün Kazımova, tam fərqli imicdə tamaşacı qarşısına çıxır və "Düşün məni" mahnısını təqdim edir. Mahnının klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alır. Klipi türkiyəli rejissor Murat Küçük lentə almışdır. Klipdə 2008-ci ildə "The Best Model of Azerbaijan 2008" yarışmasının qalibi Azər Atakişiyevdə rol almışdır. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.[22]

2011-ci ildə əslən türiyəli olan azərbaycanlı müğənni Gökhan Erolla birlikdə "Bir gecəlik" mahnısını təqdim etmişdir.

2012–2016-cı illər

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin ilk günlərində "Səssiz sinema" mahnısını və mahnıya çəkilmiş türkiyəli rejissor Murat Küçük imzalı klipini təqdim edir.[23]

2012-ci ildə müğənni Üzeyir Mehdizadə ilə birlikdə "Qoy bütün aləm bizdən danışsın" mahnısını təqdim edir.[24]

2012-ci ildə Aygün Kazımovanın Gəncə şəhərindəki Heydər Əliyev adına parkında verdiyi konsertdə terror aktının qarşısı alınmışdır.[25]

2012-ci ildə Xalq artisti Aygün Kazımova "FIFA U-17 Qadınlararası Çempionatı Azərbaycan 2012"-yə qızlarımıza dəstək üçün "Qol" mahnısını və ona çəkilmiş klipi təqdim edir.[26][27]

2012-ci ildə türkcə "Hayat ona güzel" mahnısını təqdim edir. Mahnının sözləri və musiqisi türkiyəli bəstəkar-müğənni Serdar Ortaça aiddir.

2012-ci ildə Aygün Kazımovanın "Hayat ona güzel" mahnısı iTunesdə Türkiyənin ən çox dinlənilən Top50-də 39-uncu pillədə qərarlaşır.[28] Həmçinin türkiyəli bəstəkar-müğənni Sinan Akçılla birlikdə "İkinci sen" duetini təqdim edir.[29] Klip Avstriyanın İstanbuldakı konsulluğunda çəkilmişdir.

2012-ci ildə Türkiyənin "Kral Müzik Ödülləri" musiqi mükafatında iki nominasiya ilə mübarizə aparan Pop Diva fəxri qonaq kimi dəvət alır. "Nankor", "Gəl, Bax, Gör" mahnılarını da təqdim etmişdir.

2012-ci il avqustun 5-də xalq artisti Aygün Kazımova "Atlant" istirahət zonasında möhtəşəm "İkinci sen" konsert proqramı ilə çıxış etmişdir.

2013-cü ildə Türkiyənin TRT dövlət kanalındakı "Kadır Çöpdemir Koptu Geliyor" proqramında fəxri qonaq kimi çıxış etmişdir.

2013-cü ilin iyun ayında "Telafisi yok" mahnısını təqdim edir. 2013-cü ilin avqust ayında isə amerikalı reper Snopp Doggla "Coffee from Colombia" duetini təqdim edir. Bu kompakt diskə 1 mahnı və 11 remiks daxildir. Mahnı Azərbaycanda ilk dəfə olaraq "VEVO" musiqi kanalında təqdim olunur.[30] Türkiyəli "Dokuz Sekiz Müzik" şirkəti tərəfindən hazırlanan layihə gözlənilən nəticə vermir. Şirkət Aygün Kazımovanı aldadaraq çoxlu pullar mənimsəyir. Daha sonra Aygün Kazımova türkiyənin başqa bir musiqi şirkəti "Doğan Music Company" ilə işləməyə başlayır. 2013-cü ildə Aygün Kazımova türkiyəli musiqiçi Murat Yeterin müşaəti ilə konsert proqramı ilə çıxış etmişdir.

2013-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yeni il" və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə" Türkiyənin məşhur müğənnisi Ferhat Göçər ilə Gəncədə konsert proqramı ilə çıxış edir. "Təsadüf", "Azərbaycan bayrağı", "Biletini alma", "Nə Vaxtsa", "Gecə Gündüz", "Səndən Adam Olmayacaq" sinqllarını təqdim edir.

2014-cü ildə "Sənə xəstəyəm" sinqlını təqdim edir. Mahnı qısa müddət ərzində hit paradlarda və musiqi saytlarında minlərlə yüklənmə və dinlənmə əldə edir.

2014-cü ildə Bakıdakı istirahət mərkəzlərinin birində "Super şou" adlı konsert proqramı ilə çıxış edir.[31]

2014-cü ildə isə Qəbələdə "Səndən Nigaranam" adlı konsert proqramı ilə çıxış edir.[32]

2015-ci ildə "Unutmuşam", "Bir parça keks", "Gecə yarı", "Ağlım başıma gəldi" və "Səni belə sevmədilər" mahnılarını təqdim edir.

2015-ci ilin mart ayından Azad Azərbaycan Televiziyasında yayımlanan "Özünü Tanıt" proqramının üç münsifindən biri olmuşdur.

2015-ci ildə "Big Apple Music Awards" musiqi mükafatına namizəd olmuşdur. Bu böyük uğur idi, amma Aygün Kazımova təşkilatçıların erməni olması səbəbi ilə "Big Apple Music Awards"-dan imtina etmişdir.[33]

2015-ci ildə "Səndən Adam Olmayacaq" və "Ayrılarmı könül candan?" konsert proqramları ilə çıxış edir. "Ayrılarmı könül candan?" konsertini "Avropa Oyunları" qaliblərinə həsr etmişdir.

2016-cı ildə Aprel şəhidlərinin xatirəsinə "Əsgər marşı" mahnısını təqdim edir. Vətənpərlik mahnıları ilə yanaşı "Orasına burasına" və "Arama beni" sinqllarını təqdim edir.

2016-cı ildə Nabranda "Aygün Show" adlı konsert proqramı ilə çıxış edir. Daha sonra Rəhim Rəhimli ilə birlikdə "Aygün Show Rəhimli" adlı konsert proqramı ilə "Dalga Beach" ailəvi istirahət mərkəzində çıxış etmiş və "Hər şey düzələr" duetini təqdim etmişdir. 2016-cı ildə Samir Bağırov ilə birlikdə "Sevgilim" duetini təqdim etmişdir. Aygün Kazımova 2016-cı ildə Almaniyanın "DAF BAMA Music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülmüşdür. Müğənni bu mükafata layiq görülən ilk azərbaycanlıdır.[34]

2017–2019-cu illər

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə uzun fasilədən sonra Cavanşir Quliyevin bəstəsi olan "Şairim" mahnısını təqdim edir. Daha sonra Faiq Sücəddinov bəstəsi olan "Dola mənə qolunu", Elçin Cəfərov bəstəsi olan "Gecələrdə" sinqllarını təqdim edir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev fərmanı ilə Aygün Kazımova DTX solisti təyin olunub.[35] "Hey gidi günlər" mahnısını isə "bir bazar surprizi" olaraq təqdim etmişdir.

2017-ci ildə "Səni belə sevmədilər" mahnısını türkcə "Seni böyle sevmediler" adı ilə təqdim etmişdir. 2017-ci ildə Aygün Kazımovanın ən gözlənilməz layihəsi isə "S. U. S." mahnısı oldu. Mahnı və mahnıya çəkilən klip böyük bir ajiotaj yaşatdı. 2017-ci il "Soyuq əllər — isti ürəklər" xeyriyyə yarmarkasında Azad Azərbaycan radiosunun təşkilatçılığı ilə 106.3 FM tərəfindən "Milli dalğa-2017" mükafatına layiq görüldü.[36][37]

Aygün Kazımova — 30 il konsertindən görüntü

2017-ci ilin sentyabrın 22-də Aygün Kazımova səhnə fəaliyyətinin 30 illiyi münasibətilə "Aygün Kazımova — 30 il" proqramı ilə Kristal Zalında səhnəyə çıxmışdır.[38] 2017-ci ildə 3 plastik əməliyyat keçirmişdir. 2017-ci ildə "Cücələrim" mahnısını yeni formatda təqdim etmişdir. Aygün Kazımova sıx iş qrafiki səbəbi ilə 2017-ci ildə "Altın Kelebek Ödülleri" və "Daf Bama Music Awards"dan namizədliyinin geri götürülməsini istəmişdir.[39]

2018-ci ildə "Hardasan[40]" sinqlını təqdim edir. Mahnı üçün kamera qarşısına keçən Aygün Kazımova, klipin çəkilişi zamanı burnundan zədə alır. 2018-ci ildə gənc müğənni Rauf Əhmədovla birlikdə ifa etdiyi Yaraşdın mənə duetini təqdim etmişdir. Klip 1920-ci illərin stilində ekranlaşdırılıb. "Great Gatsby" filmini xatırladan klipin rejissoru Nicat Məlikovdur.[41] 29 iyul 2018-ci ildə "Jara" musiqi festivalında səhnə alımış və 2017-ci ildə ona uğur gətirən "S. U. S." mahnısını rusca ifa etmişdir.[42] 7 sentyabr 2018-ci ildə Duy albomunu təqdim etmişdir. Albom Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir.[43][44] 1 noyabr 2018-ci ildə azərbaycanlı gənc müğənni Raufla "AYA" duetini təqdim etmişdir.[45][46][47] 30 noyabr 2018-ci ildə Duy albomundan "Əlbəttə" sinqlına Gürcüstanda çəkdirdiyi klipi təqdim etmişdir. 1 dekabr 2018-ci ildə Bakı Elektra Events Hall-da dünyaca məşhur fransız DJ David Vendetta və gürcüstanlı musiqiçi Kakhaberi ilə Duy adlı konsert proqramı ilə çıxış etmişdir. 9 dekabr 2018-ci ildə Türkiyədə keçirilən "Altın Kelebek" mükafatlandırma mərasimində çıxış etmiş və Azərbaycanın "Ən Yaxşı Qadın Sənətçisi" nominasiyası üzrə qalib olmuşdur. Mükafatlandırma mərasimində Rüfət İsmayıl imzalı geyimlə səhnəyə çıxaraq, 2017-ci ildə "İlin mahnısı" mükafatına layiq görülən "S. U. S." mahnısını səsləndirmişdir.[48][49]

26 yanvar 2019-cu ildə öz doğum günündə "Paramparça" sinqlını təqdim etmişdir.[50] 14 fevral 2019-cu ildə "Dola mənə qolunu" mahnısını gənc müğənni Rəsul Əfəndiyevilə birlikdə duet şəklində təqdim etmişdir.[51] 22 fevral 2019-cu ildə "Duy" mahnısına çəkilən klipi təqdim etmişdir. Klipdə Aygün Kazımovanın 1 dekabr "Baku Elektra Events Hall"-da baş tutan konsertindən görüntülərdən istifadə olunmuşdur. Dünyaca məşhur DJ David Vendettanın da rol aldığı ekran işini Fuad Əlişov ərsəyə gətirib. Klip Türkiyənin məşhur "NetD Müzik" və "NetD Müzik World" musiqi portallarında yerləşdirilib. Ekran işində David Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir, lakin bu mesajlaşmalar sözügedən "NetD Müzik" kanalında ingilis dilində həyata keçirilsə də, şəxsi youtube kanalında Azərbaycan dilindədir.[52][53] 8 mart 2019-cu ildə "Boutique Magazine" jurnalının 58-ci buraxılışı üçün fotossesiya etdirmiş və jurnala rus dilində geniş müsahibə vermişdir.[54][55] 26 may 2019-cu ildə "18-" karaoke albomunu təqdim etmişdir. 1 iyun 2019-cu ildə "Heydər Əliyev Mərkəzi"-nin qarşısında keçirilən Aygün Şou adlı canlı solo konsertini vermişdir.[56] Konsert Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib. 4 iyun 2019-cu ildə Ramazan bayramı münasibətilə, dinləyicilərinə Mən gəlirəm sinqlını və yeni fotosessiyasını təqdim etimişdir.[57] Aygün Kazımova 10 iyun 2019-cu ildə Xalq Artistləri Alim Qasımov, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və xanəndə Mirələm Mirələmovla birlikdə "Yaşa, yaşa Azərbaycan!" adlı mahnını "Yaşıl teatrda" təqdim etmişdir.[58] 26 iyun 2019-cu ildə "Silahlı qüvvələr günü " münasibətilə 2002-ci ildə ifa etdiyi Səni düşündükcə mahnısını yenidən aranjiman edərək dinləyicilərinə təqdim etmişdir.[59] 26 iyul 2019-cu ildə "Jara" musiqi festivalında Rusiyanın Xalq Artisti Filip Kirkorovla birlikdə "Calma" duetini yeni aranjmanda dinləyicilərə təqdim etmişdir.[60] 3 avqust 2019-cu ildə "Mambo Beach Baku"-da canlı konsert proqramı ilə çıxış etmişdir.[61] 4 avqust 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının "Saat Meydanında" canlı solo konsert proqramı ilə çıxış etmişdir. 5 avqust 2019-cu ildə Kim dinlər sizi sinqlını təqdim etmişdir.[62] 2 sentyabr 2019-cu ildə müğənni Rəsul Əfəndiyevlə birlikdə "Gedən şəhərdən" duetini təqdim etmişdir. 6 sentyabr 2019-cu ildə Nyu-Yorkda keçirilən "Moda həftəsi"ndə həmyerlimiz Rüfət İsmayılın kolleksiyasının nümayişində Aygün Kazımovanın "Vokaliz" mahnısının remiks versiyasının sədaları altında modellər əlbisələri nümayiş etdirmişdirlər.[63] 9 oktyabr 2019-cu ildə Rusiyanın Xalq Artisti Filipp Kirkorovla birlikdə ifa etdiyi "Jalma" duetinə çəkilmiş klipi təqdim etmişdir. 14 noyabr 2019-cu ildə "Ehtiyacım var (Qadınam)" sinqlını təqdim etmişdir. Xalq artisti mahnıya klipi ABŞ-də lentə almışdır. Klipdə pop-divanın tərəf müqabili məşhur modelyer-dizayner Rüfət İsmayıldır.[64] 2019-cu ilin son günü — "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə Rusiyanın Xalq Artisti Filipp Kirkorov ilə birlikdə "Can Azərbaycan" duetini təqdim etmişdir.[65]

26 yanvar 2020-ci ildə öz doğum günündə müğənni Raufla ifa etdiyi "Bizdən danışaq"[66] duetini, 20 fevral 2020-ci ildə "Jalma"[67] sinqlını, 6 mart 2020-ci ildə "Crystal Hall"[68] albomunu, 20 mart 2020-ci ildə isə "Dəli fikirlər"[69] mahnısını təqdim etmişdir. 25 aprel 2020-ci ildə azərbaycanlı müğənni Miri Yusiflə "İcazəli" duetini təqdim etmişdir.[70][71][72][73] 29 mart 2020-ci ildə SS Production şirkətinin prodüserliyi ilə "By SS Production" albomunu Respublika Günü bayramı münasibətilə təqdim edilmişdir. Alboma 2018-ci ildən 2020-ci il də daxil olmaqla Aygün Kazımovanın ifasında SS Production şirkətinin prodüserliyi ilə təqdim olunan mahnılar daxildir.[74] Albomda eksklüziv olaraq Paramparça mahnısını akustik versiyası təqdim olunmuşdur.[75][76][77] 3 iyun 2020-ci ildə "Remakes" albommunu təqdim etmişdir. Albomdakı mahnılar yenidən aranjiman olunmuşdur.[78][79][80] 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində Tovuz döyüşləri başlayan zaman, Aygün Kazımova könüllü olaraq, orduya yazılmışdır.[81] 2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş hərbçilərimizə həsr etdiyi "Əsgər marşı" adlı mahnısını, 2020-ci ildə klip şəklində, vəfat etmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyevin şəhid olmasının 40-cı günündə təqdim etmişdir. Klip "Tovuz döyüşləri" zamanı vəfat etmiş şəhidlərimizə ithaf olunmuşdur.[82] Klipdə Aygün Kazımovanın avtomat silahdan istifadə edərkən görüntüləri də yer almışdır. 24 dekabr 2020-ci ildə prezident İlham Əliyevin 59-cu doğum günü münasibətilə "Vətən oğlu" mahnısını təqdim etmişdir.[83][84]

Aygün Kazımova 2 yanvar 2021-ci ildə Rəsul Əfəndiyevlə birlikdə sayca üçüncü olan "Yarımdı o" duetini təqdim etmişdir.[85][86]

Hər il ənənəvi olaraq, öz doğum günündə yeni layihə təqdim edən Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalaraq, 26 yanvar 2021-ci ildə "Bu qadın" sinqlını təqdim etmişdir.[87] 18 mart 2021-ci ildə Yandex axtarış platformunun "Yandex Music" bölməsinin siması seçilmişdir. Aygün Kazımova Yandexin "Yandex Plus" xidmətinin Azərbaycanda tanıtımı üçün "Söylə" adlı mahnısını eksklüziv olaraq, "Yandex Music"-də təqdim etmişdir.[88] [89] [90] 14 iyun 2021-ci ildə Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində konsert proqramı ilə çıxış etmişdir. Konsertin sonunda Aygün Kazımovaya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Vətənə xidmətə görə" medalı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mükafatı təqdim olunmuşdur.[91][92][93][94][95] Aygün Kazımovanın "Azərbaycan Türkiyə" mahnısını türkiyəli musiqiçi Hakan Erol yenidən aranjiman etmiş və ifaçı mahnını 15 iyun 2021-ci ildə öz şəxsi YouTube hesabında təqdim etmişdir.[96] Aygün Kazımova 2 iyul 2021-ci ildə "De" adlı mahnısını təqdim etmişdir. Mahnının söz və musiqisi Nicat Məlikova aiddir. İfaçı mahnının tanıtımı üçün fotoqraf Ruslan Nəbiyevin kamerasının qarşısına keçmiş və mahnı ilə birgə təqdim edilən video-çarxda stilist Elnara De Birbuet imzalı çimərlik geyimlərindən istifadə etmişdir.[97] Pop diva ləqəbli ifaçı 8 avqust 2021-ci ildə "Dənizin Ortasında" sinqlını təqdim etmişdir. Mahnının musiqisi bəstəkar-müğənni Pərvin Mahmudova, sözləri N. A. D. O.-ya aiddir. İfaçı sinqlının rəqəmsal media üçün nəzərdə tutulan fotosu üçün hovuzda fotosessiya etmişdir.[98] 18 sentyabr 2021-ci ildə Milli Musiqi Günündə sözləri Azər Şirinə, musiqisi Tərlan Məmmədhüseynova aid olan "Lya Lya Fa" adlı mahnısını təqdim etmişdir.[99] 17 dekabr 2021-ci ildə özünün ilk rusdilli EP albomu olan "Mən Nirvanadayam" adlı albomunu təqdim etmişdir. Albom Azərbaycanda "Dolby Atmos" formatında təqdim edilən ilk albomdur. Albom üzərində yerli musiqiçilərlə yanaşı, rus və gürcü musiqiçilər də çalışmışdır.[100]

Aygün Kazımovanın bəyəndiyi müğənnilər arasında Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı göstərmək olar. Verdiyi müsahibələrinin birində Alla Puqaçovaya olan uşaqlıq sevgisini xüsusi vurğulayır. Amma hər zaman müsahibələrdə qeyd etmişdir ki, sadəcə Alla Puqaçova, Zeynəb Xanlarova, Madonnanı bəyənib, onlara oxşamaq istəməyib. Hər zaman seçilmək istədiyini bildirib.

Xüsusilə pop, janrında mahnılar səsləndirir. Ara-sıra caz, pop rock, muğam, soul, R&B, flamencoYeni Çağ (New age) və s. janrlarda da mahnılar səsləndirib.

Aygün Kazımovanın səs tonu — həm bəmi, həm də zili — 1 oktava sekstadır.[101][102]

Səhnədə açıq-saçıqlığı sevdiyini qeyd edən Aygün Kazımova, səhnə geyimlərini "sadəcə səhnə üçün" olduğunu bildirmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

1989-cu ilin 24 dekabrında gənclik sevgisi – keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsas səbəb isə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub. 1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Heydər Əliyev adına Hava Limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı bir vəziyyətdə telekanallara müsahibə verərək eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi.[103] Daha sonra Aygün Kazımovanın Eks-energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə eşq yaşamışdır.[104] 2002-ci ildə Türkiyə mətbuatında, xüsusilə Hürriyət qəzetində Aygün Kazımova və "The Best Model Of Turkey" yarışmasının finalisti Mert Kılıçın eşq macərası yaşadığı ilə bağlı silsilə məqalələr dərc olunmuşdu.[105] 2004–2011-ci illərdə Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə qeyri-rəsmi ailə həyatı qurmuşdur.[106]

Siyasi baxışları

[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova Yeni Azərbaycan Partiyasını, İlham Əliyevi dəstəklədiyini bildirmişdir. Xüsusilə Heydər Əliyevin hakimiyyəti dövründə dövlət tədbirlərində fəxri qonaq kimi çıxış etmişdir. Aygün Kazımova Türkiyənin "Hürriyet" qəzetinə verdiyi müsahibəsində deyir: "Heydər Əliyev bir gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinə "Bir daha gəldiyində bu qadını tanımayacaqsan, hər il dəyişir" dedi.[107] 2020-ci ildə Ziyad Səmədzadənin seçki kompaniyasına dəstək məqsədilə istirak etdiyi tədbirdə, "Mən özümü də hardasa Heydər Əliyev məktəbinin davamçısı hesab edirəm, belə sayıram…" demişdir.[108]

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Videoqrafiyası

[redaktə | mənbəni redaktə et]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
Açar
Serial olanları göstərir.
Başlıq Tarix Rolu Qeydlər Ref.
Yarımştat 1996 Aygün
Yaşıl eynəkli adam 2 1999 Aygün
Nekroloq 2001 Aygün
Qış nağılı 2002 Aygün
Tam məxfi dagger 2004 Aygün
Xarı Bülbüllər 2005 Xurşudbanu Natəvan
Məşədi İbad 94 2005 Sənəm [109]
Adam Ol 2 2006 Aygün [110]
Bacanaqlar dagger 2011 Aygün
3 Bacı dagger 2013–2014 Aygün soundtrack [111]
Oxşarabad 2019 Aygül

Solo konsertlər

[redaktə | mənbəni redaktə et]
1996 Gəncənin qızları Gəncə mərkəzi
1999 Aygün, bir gün Heydər Əliyev Sarayı
2000 Я Девушка Восточная Bakı, Heydər Əliyev Sarayı
2001 Qeyri-adi şou Heydər Əliyev adına İdman Arenası
2002 Aygün & Лолита — Женские истории Heydər Əliyev Sarayı
2003 Gələrsiz-görərsiz Heydər Əliyev Sarayı
2003 Aygün & Nez — Stereo effekt Heydər Əliyev Sarayı
2005 Я Девушка Восточная Rusiyanın Novosibirsk şəhərindəki konsert zalı
2006 Я Девушка Восточная Rusiyanın paytaxtı Moskva şəhərindəki Kreml Konsert Salonu
2007 Öpsən Tofiq Bəhramov adına Respublika Stadionu
2009 Olduğum kimi Yaşıl Teatr
2010 Ay-gün və Gün-ey…(Yusuf Güney ilə birlikdə) Nabran[112][113]
2012 İkinci sen Nabran[114]
2013 Gəncə (Ferhat Göçer ilə birlikdə) Gəncə[115]
2013 Qala Konsert (Murat Yeter ilə birlikdə) Amburan[116]
2014 Səndən Nigaranam Qəbələ[32]
2014 Super Show Nabran[31]
2015 Səndən Adam Olmayacaq Heydər Əliyev adına Konqres Mərkəzi[117]
2015 Ayrılarmı könül candan? Mambo Beach Club[118]
2016 Aygün Show Nabran[119]
2016 Aygün Show Rəhimli Dalga Beach[120]
2017 Aygün Kazımova — 30 il Bakı Kristal Zalı
2018 Aygün Show Minsk, Belarusiya
2018 Duy Bakı Elektra Events Hall
2019 Aygün Show Bakı Chicago Club
2019 Aygün Show Bakı Heydər Əliyev Mərkəzinin parkında
2019 Aygün Show Bakı Mambo Beach Club
2019 Aygün Show Naxçıvan Saat Meydanında
2019 Aygün Show Bakı Cıdır Music Hall
  1. 1 2 Aygün Kazımova // Discogs (ing.). 2000.
  2. 1 2 http://web.archive.org/web/20171008232351/http://www.anspress.com/medeniyyet/13-08-2010/aygun-kazimova-ile-namiq-qaracuxurlu-ayrildi.
  3. 1 2 ANS TV. 1991.
  4. 1 2 Hürriyet (türk.). / red. S. Ergin Doğan Yayın Holding, 1948. ISSN 1304-6632
  5. "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
  6. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il tarixli, 3045 nömrəli Sərəncamı Arxivləşdirilib 2022-01-14 at the Wayback Machine (az.)
  7. "Aygün Kazımova: "Bu, Aygün-İlhamə qalmaqalı deyil"". 2021-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
  8. "Aygün Kazımova: Palçıq yeyirdim - VİDEO". 2021-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-03.
  9. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  10. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  11. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  12. "Arxivlənmiş surət". 2015-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  13. "Arxivlənmiş surət". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  14. "Arxivlənmiş surət". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  15. "Arxivlənmiş surət". 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  16. "Arxivlənmiş surət". 2018-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  17. http://azpress.az/index.php?lang=az&sectionid=news&id=143[ölü keçid]
  18. "Arxivlənmiş surət". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  19. "Arxivlənmiş surət". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  20. http://sun.az/index.php?sid=2048&ord=1[ölü keçid]
  21. "Arxivlənmiş surət". 2020-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-12.
  22. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  23. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  24. "Arxivlənmiş surət". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  25. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-17.
  26. "Arxivlənmiş surət". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  27. https://apa.az/sou_biznes/aygun-kazimova-azerbaycanda-kecirilecek-futbol-uzre-dunya-cempionatina-hesr-olunmus-klipini-teqdim-edib-fotosessiya.html[ölü keçid]
  28. http://www.gomap.az/info/Detailed_News.aspx?id=4072&lng=az[ölü keçid]
  29. "Arxivlənmiş surət". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  30. https://www.vevo.com/artist/aygun-kazimova[ölü keçid]
  31. 1 2 "Arxivlənmiş surət". 2017-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  32. 1 2 "Arxivlənmiş surət". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  33. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  34. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  35. "Arxivlənmiş surət". 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  36. "Arxivlənmiş surət". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  37. "Arxivlənmiş surət". 2018-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  38. "Arxivlənmiş surət". 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-04.
  39. "Arxivlənmiş surət". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.
  40. "Arxivlənmiş surət". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  41. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
  42. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
  43. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
  44. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-07.
  45. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  46. "Arxivlənmiş surət". 2019-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  47. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  48. "Arxivlənmiş surət". 2018-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
  49. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.
  50. https://itunes.apple.com/us/album/param-parça-single/1450886307
  51. https://itunes.apple.com/us/album/dola-mənə-qolunu-feat-rəsul-əfəndiyev-single/1453060278
  52. "Arxivlənmiş surət". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  53. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-23.
  54. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.
  55. "Arxivlənmiş surət". 2019-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-11.
  56. "Arxivlənmiş surət". 2019-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-03.
  57. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.
  58. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-21.
  59. https://music.apple.com/tr/album/s%C9%99ni-d%C3%BC%C5%9F%C3%BCnd%C3%BCkc%C9%99-single/1470226218?l=tr[ölü keçid]
  60. "Arxivlənmiş surət". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
  61. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-05.
  62. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-06.
  63. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-18.
  64. "Arxivlənmiş surət". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-22.
  65. "Arxivlənmiş surət". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-01.
  66. "Arxivlənmiş surət". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.
  67. "Arxivlənmiş surət". 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.
  68. https://musicbrainz.org/release-group/0eba5384-6707-4278-a962-eb4ba6a1c56f
  69. "Arxivlənmiş surət". 2020-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-20.
  70. "Arxivlənmiş surət". 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  71. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  72. "Arxivlənmiş surət". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  73. "Arxivlənmiş surət". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-26.
  74. https://music.apple.com/az/album/by-ss-production/1515745994[ölü keçid]
  75. "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  76. "Arxivlənmiş surət". 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  77. "Arxivlənmiş surət". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
  78. "Arxivlənmiş surət". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
  79. "Arxivlənmiş surət". 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
  80. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.
  81. "Aygün Kazımova da orduya yazıldı — FOTO". 2020-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  82. "Aygün Kazımova Polad Həşimova mahnı həsr etdi — Video". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  83. ""Vətən oğlu" — VİDEO". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  84. "Aygün Kazımova prezidentin ad gününə mahnı həsr etdi — VİDEO". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
  85. "Айгюн Кязымова спела о любви с молодым коллегой". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-06.
  86. "Айгюн Кязымова спела о любви с молодым коллегой (Аудио)". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-06.
  87. "Aygün Kazımova "Bu qadın"ı təqdim etdi — VİDEO". 2021-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-27.
  88. ""Yandex Plus"u artıq Azərbaycanda istifadə etmək mümkündür". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  89. ""Yandex Music" Azərbaycan abunəçiləri üçün tam tərcümə olunub". 2021-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  90. "Yandex Plus-u artıq Azərbaycanda istifadə etmək mümkündür". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.
  91. Ali Hərbi Məktəbdə bayram konserti Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  92. Baş İdarə Xalq artisti Aygün Kazımovanın iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş konsert təşkil edib Arxivləşdirilib 2021-06-15 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  93. Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) Arxivləşdirilib 2021-06-16 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  94. Народная артистка Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения (ФОТО) Arxivləşdirilib 2021-06-22 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  95. Айгюн Кязымова выступила с концертом, приуроченным ко Дню национального спасения — ФОТО Arxivləşdirilib 2021-06-15 at the Wayback Machine İstifadə tarixi: 22.06.2021
  96. Xalq artisti Azərbaycan və Türkiyə üçün oxudu — VİDEO Arxivləşdirilib 2021-06-17 at the Wayback Machine İstifadə tarixi: 17.06.2021
  97. Aygün Kazımova "De"ni təqdim etdi — VİDEO Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine İstifadə tarixi: 10.08.2021
  98. Aygün Kazımova "Dənizin ortasında" oxudu — VİDEO Arxivləşdirilib 2021-08-10 at the Wayback Machine İstifadə tarixi: 10.08.2021
  99. Xalq artisti Aygün Kazımova yeni "Lya Lya Fa" adlı mahnısını sevənlərinə təqdim edib. Arxivləşdirilib 2021-10-09 at the Wayback Machine İstifadə tarixi: 09.09.2021
  100. Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine İstifadə tarixi: 18.12.2021
  101. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  102. "Arxivlənmiş surət". 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  103. "Arxivlənmiş surət". 2019-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  104. "Arxivlənmiş surət". 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  105. https://azadqadin.az/qadin/19366-aygun-kazimovanin-turk-meshhurla-eshq-macerasi-fotolar.html[ölü keçid]
  106. "Arxivlənmiş surət". 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  107. "Arxivlənmiş surət". 2019-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-18.
  108. ""Özümü Heydər Əliyev məktəbinin davamçısı sayıram və…" – AYGÜN KAZIMOVA DA ZİYAD SƏMƏDZADƏYƏ SƏS VERƏCƏYİNİ DEDİ – FOTO-VİDEO". 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  109. "Arxivlənmiş surət". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  110. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-27.
  111. Aygün Kazımova bunu da etdi… [ölü keçid]
  112. "Arxivlənmiş surət". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  113. "Arxivlənmiş surət". 2017-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  114. "Arxivlənmiş surət". 2017-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  115. "Arxivlənmiş surət". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  116. "Arxivlənmiş surət". 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  117. "Arxivlənmiş surət". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  118. "Arxivlənmiş surət". 2017-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  119. "Arxivlənmiş surət". 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.
  120. "Arxivlənmiş surət". 2017-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-01.