Bəhram Məmmədli

Vikipediya, azad ensiklopediya
Atakhanli (müzakirə | töhfələr) tərəfindən edilmiş 21:52, 10 yanvar 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli
Doğum tarixi
Doğum yeri Böyük Pirəhmədli, Füzuli rayonu
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedoqoji Universiteti
Mükafatları Qızıl Qələm Mükafatı

Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946, Qaryagin rayonu2 dekabr 2019, Bakı) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.

Həyatı

Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.

Təhsili və karyerası

1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961-1965-ci illərdə Ü.Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994-2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.[1]

Əsərləri

  1. Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə;
  2. Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə;
  3. XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə;
  4. Azərbaycandan bəhs edən orta əsr tarixçiləri, Bakı, Zərdabi LTD, 2019,Ənvər Çingizoğlu ilə birlikdə;

Müəllifi olduğu dərsliklər, vəsaitlər, proqramlar

  1. Xanlıqlar, sultanlıqlar və Rusiyanın müstəmləkiçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2006, (Magistr hazırlığı üçün proqram)
  2. "Kitabi Dədə Qorqud" və tarix, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Magistr hazırlığı üçün proqram)
  3. Muzey işinin əsasları, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Bakalavr pilləsi üçün proqram)
  4. Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, (metodik vəsait),Ənvər Çingizoğlu ilə birlikdə;

Tərtib etdiyi kitablar

  1. Qarabağ 1918-1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), Ənvər Çingizoğlu ilə birlikdə;

Məqalələri, tezisləri

  1. Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, №2, s. 22-31;
  2. Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, №4, s. 3-12;
  3. Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
  4. "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
  5. Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;
  6. "Azərbaycan Evliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.414-415;
  7. Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsərində XIX əsr tarixinin bəzi məsələləri,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.475-477;
  8. Rusiyanın müstəmləkəçilik siyasətində erməni amili (XVIII-XIX əsrlər), Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.477-479;
  9. Şəmkir şəhərinin tarixinə dair,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2006, №1, s.297-300;
  10. Şəmkir tarixinin səhifələri, SDU-nun elmi xəbərləri, Humanitar elmlər seriyası, SDU-nun nəşriyyatı, 2005, №1, s.35-37,
  11. Məşrutə hərəkatı İran tarixşünaslığında, Pedoqoji Universitet Xəbərləri, Bakı, 2014,№1, səh.169-174. Ənvər Çingizoğlu ilə birlikdə;
  12. Azərbaycan Demokratik Respublikası dövründə ermənilərin təcavüzkarlııq siyasəti,Respublika elmi Konfransının materialları.Sumqayıt 2007;
  13. V.Veliçkonun Qafqaz əsəri,Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri,ADU-nin nəşriyyatı,Bakı 2008,№6 səh 323-326.
  14. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı hərbi-siyasi fitnəkarlığı,Pedaqoji Universitet xəbərləri, ADPU-nin nəşriyyatı,Bakı 2008 №3 s126-131
  15. Magistr Dissertasiyalarına verilən tələblər, Azərbaycan Dillər Universitetinin Elmi xəbərləri, ADU-nin nəşriyyatı,Bakı 2008 №7, səh 272-276
  16. Ümummilli Lider Heydər Əliyevin Şah əsəri: Əsrin müqaviləsi , Respublika Elmi Konfransının materialları, Sumqayıt 2009, səh 50-52

İstinadlar

  1. "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 2019-12-05 tarixində arxivləşdirilib.