Qorxmaz Hüseynov
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Qorxmaz Hüseynov | |
---|---|
16 fevral 2011 – 4 may 2021 | |
Əvvəlki | Nizaməddin Rzayev |
Sonrakı | Köçərli Həsənov (müvəqqəti sədr) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Qorxmaz Cavanşir oğlu Hüseynov — "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri (2011–2021).
Həyatı[redaktə | mənbəni redaktə et]
Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb. 1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi, 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilmişdir.[1] 16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək[2] "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.[4]
Ailəlidir, iki övladı var. O, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov ilə qudadır.[5]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Q.C.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2007-ci il tarixli, 2598 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-10-28 at the Wayback Machine e-qanun.az (az.)
- ↑ "Q.CHüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1334 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az (az.)
- ↑ "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 1332 nömrəli Sərəncamı. Arxivləşdirilib 2018-05-16 at the Wayback Machine e-qanun.az (az.)
- ↑ "Q.C.Hüseynovun "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-04.
- ↑ "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
- 1 yanvarda doğulanlar
- 1965-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Cəbrayıl rayonunda doğulanlar
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri