Sayka

Vikipediya saytından
Qolcomaq (müzakirə | töhfələr) (→‎Mənbə) tərəfindən edilmiş 20:23, 19 yanvar 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Sayka
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sayka
Beynəlxalq elmi adı
Ареал
şəkil

Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir.

Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir. Böyür və boyun nahiyələri isə gümüşü-bozdur.

Bu növ əsasən Şimal Buzlu okeanın bütün ərazilərində rast gəlinir. Onları şorsulu laqunlarda və çay mənsəblərində belə görmək olur. Onlar istənilən balıq növündən Şimal qütbünə yaxın yayıla bilirlər. Onlara 85° ş.e yuxarı ərazilərdə belə müşahidə edilir.

Bu canlılar dəniz suyunda 0° temperatura yaxın temperaturda yaşayır. İkra qoyma oktyabrdan marta qədər uzanır. 6-70 min kürü qoyur.

Yetkinliyi 3—4 illiyndə baş verir. Bu zaman uzunluğu 19—20 sm olur.

Bu balıqlar fito və zoo planktonlarla qidalanırlar.

Saykalar su itilər, ağ balina, su quşlarının əsas qidasını təşkil edirlər. Sənaye əhəmiyyətli ovu ancaq Ağ dənizBarens dənizi sularında həyata keçirilmişdir.