Neptunizm

Vikipediya saytından
Moses (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:18, 1 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Neptunizm (rus. нептунизм, ing. neptunism) (lat. NeptunusNeptun, Roma mifologiyasında dəniz və su tanrısı) — XVIII əsrin sonu və XIX əsrin əvvəllərində, bütün süxurların, yer səthini örtmüş ilkin Dünya okeanının sularından yaranmasına və onların dəniz şəraitində toplanması prosesində formalaşmasına və dəyişilməsinə əsaslanan geoloji konsepsiya. Neptunizmin yaradıcısı alman alimi A. Q. Verner olmuşdur. IX əsrin 20-ci illərində püskürmə və çökmə süxurlar barədə elmi fikir formalaşandan sonra neptunizm öz əhəmiyyətini itirmişdir.[1]

  1. Neptunizm // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.