Neptunizm

Neptunizm (rus. нептунизм, ing. neptunism) (lat. NeptunusNeptun, Roma mifologiyasında dəniz və su tanrısı) — XVIII əsrin sonu və XIX əsrin əvvəl­lərində, bütün süxurların, yer sət­hini örtmüş ilkin Dünya okeanının sularından yaranmasına və onların dəniz şəraitində toplanması prose­sində formalaşmasına və dəyişil­məsinə əsaslanan geoloji konsep­siya. Neptunizmin yaradıcısı alman alimi A.Q.Verner olmuşdur. IX əsrin 20-ci illərində püskürmə və çökmə süxurlar barədə elmi fikir forma­laşandan sonra neptunizm öz əhəmiyyətini itirmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Neptunizm // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.