Ametist mineral bulağı

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 20:46, 11 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20–30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.