Ametist mineral bulağı

Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20–30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər.

  • Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.