Cəhri rayonu

Vikipediya saytından
Moses (müzakirə | töhfələr) tərəfindən edilmiş 23:54, 23 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Cəhri rayonu

Cəhri rayonuAzərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cü illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Cəhri kəndi olmuşdur.

1921-ci ildə yaradılan Cəhri rayonuna aşağıdakı qəsəbə və kəndlər daxil edilib: Cəhri, Sust, Xıncab, Əznəburd (Çalxanqala), Payız, Sultanabad, Sələsüz, Türkeş, Badamlı, Şada, Gərməçataq, Buzqov, Sultanbəy, Qarabay, (Qaraboya) İtqıran qəsəbəsi, Çigin-Almalı, Ağxaç, Göynük.

1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Cəhri kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.