Şəxsi kitabxana

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 02:46, 26 fevral 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Şəxsi kitabxana — bir şəxs tərəfindən əsasən öz istifadəsi üçün yaradılmış kitabxana. Şəxsi kitabxanalar həcm etibarilə digər tip kitabxanalardan bir necə dəfə kiçik olur və kitabların çeşidi həmin şəxsi maraq dairəsi ilə məhdudlaşır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixdə məlum olan ilkin şəxsi kitabxanalar məbədlərin və elm mərkəzlərinin daxilində yerləşirdi. Şəxsi kitabxana sahibi olan şəxslər bir mənalı şəkildə yüksək təbəqənin nümayəndələri idilər. Tarixə məlum olan ilk şəxsi kitabxana Assuriya hökmdarı Aşşurbanipala aid olmuşdur. Nineviya şəhərində yerləşən həmin kitabxanada hökmdarı maraqlandıran müxtəlif tipli kitablar saxlanılırdı.