Nineviya

Nineviya[1] (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr.נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı.

Nineviya
36°22′00″ şm. e. 43°09′00″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Ləğv olunub e.ə. 612
Xəritəni göstər/gizlə
Nineviya xəritədə
Nineviya
Nineviya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar.

Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, FələstinMisiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi. E.ə. VII əsrdə Assuriyanın düşmənləri olan Babil və Midiya ona qarşı birləşdilər. Onlar e.ə. 612-ci ildə Ninveiya şəhərini tutub dağıtdılar, e.ə. 605-ci ildə Karxemiş qalasını ələ keçirdilər. Assuriyanın varlığına son qoyuldu. Onun ərazisi Midiya və Babil padşahlıqları arasında bölüşdürüldü. Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur. Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları və müxtəlif metallardan ibarət xammal ilə alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. Assuriyanın ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi. İxtisaslaşmış ticarət icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar ticarət münasibətlərinin inkişafını ləngidirdi.Burada böyük bir gil kitabələr kitabxanası var idi.Bunu Aşşurbanipal adlı Aşşur hökmdarı yaratmışdı.Daha sonralar (e.ə.612-ci il) Babil və Midiya müttəfiq olaraq Ninevanı tutdular.Sonra isə Assuriya süqut etdi.Torpağı isə Babil və Midiya arasında bölüşdürüldü.

Nineviyanın yeni bərpa olunmuş qapısı

Nineva - Dəclə çayının qərb sahilinə qurulmuş və Aşşur Dövlətinə paytaxtlıq etmiş qədim şəhəridir. Dövrümüzdə Mosul şəhərinin ərazisindədir. "Aslanlar yuvası" olaraq da adlandırılır.

1847-ci ildə həyata keçirilən ilk arxeoloji qazıntıların ardından, ingilis, amerikalı, iraqlı və başqa millətlərdən olan bəzi araşdırmaçılar qazıntılara davam etmişlər. Bu qazıntılara verilən əhəmiyyət isə, bölgədə miladdan əvvəl yer almış olan Mesopotamiya sivilizasiyalarından və orada tapılmış olan Babil və Aşşur mədəniyyətlərindən qaynaqlanmaqdadır. Nineva, Aşşur dövlətinin mərkəzi olmuşdur. Şəhəri quran Nineva və ya Ninos, 52 il boyunca Aşşurlara hökmdarlıq etmişdir. Aşşur dövləti tarix səhnəsində təxminən olaraq 1300 il mövcud olmuşdur.

Aşşur hökmdarı Sartnabal Kərkük şəhərini inşa etdirmişdir. E.ə. 800-ci ildə şəhərə Kerhsuluh adını da özü vermişdir. Keldanis dilində Kerhi sözü şəhər mənasını verməkdədir. "Suluh" sözü isə Sartnabalın əsl adını işarə etməkdədir. Aşşurların ardından Kərkük və ətrafına hakim olan Babil dövləti, hökmdarlığını uzun müddət sürdürə bilməmiş, Kərkük və ətrafına axınlar edən farslılar, zaman içində bölgədə söz sahibi olmuşdular. Mosul və ətrafı irəliləyən zaman içində Makedoniyalı İsgəndərin bölgəni fəth ilə təkrar hakimiyyət dəyişdirmişdir. Xristian axınları ilə dini olaraq da dəyişmə göstərən bölgədə, Mosul şəhəri Ninevanın da yerini almağa başlamışdır.

Nineva xalqı dövrünün sivilizasiyalarını təsir göstərən bir cəmiyyət olmuşdur. Müsəlmanlığın müqəddəs kitabı olan Quranı Kərimdə də adı keçən Yunus Peyğəmbər, Nineva şəhərində anadan olmuşdur. Nineva adının tarix səhnəsində ön plana çıxmasının bir başqa səbəbi isə, dünyanın 7 möcüzəsindən biri olaraq qəbul edilən Babilin Asma Bağları ilə birlikdə xatırlanmasıdır. Bəzi mənbələrə görə Ninevadakı bağçaların və su yollarının Babilin Asma Bağlarındən ilhamlandığı qəbul edilsə də, bəzi mənbələrə görə də əslində heç vaxt mövcud olmayan Babilin Asma Bağları əslində Ninevadakı bağçaların özüdür.[2]

  1. İncildə vurğu bu adın sonuncu hecasına düşür.
  2. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-27.