Dağ texniki rekultivasiya
Dağ texniki rekultivasiya — texniki rekultivasiyanın növlərindən biridir. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. Dağ texniki rekultivasiyanın optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsilə yerinə yetirilir.[1]
Dağ texniki rekultivasiyanın işlər planı[redaktə | mənbəni redaktə et]
Maddi texniki və əmək ehtiyatların, müəyyən dövrdə yerinə yetirdiyi, işin həcmini, növlərini özündə birləşdirən dağ plan işlərinin əsas tərkib hissəsidir.
Dağ hamarlama işləri[redaktə | mənbəni redaktə et]
Töküntü yamaclannın, karxanaların, çökəklərin, pozulmuş sahələrin hamaralanması, düzəldilməsi və bərpa işlərinin aparılmasıdır.
Depresiya qıfları[redaktə | mənbəni redaktə et]
Yeraltı suların çıxarıldığı sahələrdə suyun enən və azalan piezometrik səthidir. Dağ sənaye rayonlarında belə qıflara tez-tez rast gəlinir.
Draqa töküntüləri[redaktə | mənbəni redaktə et]
Pərakəndə (dağıntı halında) yayılmış faydalı qazıntıların istehsalında draylınq texnikası ilə daşınması, toplanması və yatağa döşənməsi mümkün olan töküntülərdir.
Xarici keçid[redaktə | mənbəni redaktə et]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinad[redaktə | mənbəni redaktə et]
- ↑ Yaqubov Q. Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiyası Bakı 2003