Dağ texniki rekultivasiya

Dağ texniki rekultivasiya - texniki rekultivasiyanın növlərindən biridir. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. Dağ texniki rekultivasiyanın optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsi ilə yerinə yetirilir.[1]

Dağ texniki rekultivasiyanın işlər planı[redaktə | mənbəni redaktə et]

Maddi texniki və əmək ehtiyatların, müəyyən dövrdə yerinə yetirdiyi, işin həcmini, növlərini özündə birləşdirən dağ plan işlərinin əsas tərkib hissəsidir.

Dağ hamarlama işləri[redaktə | mənbəni redaktə et]

Töküntü yamaclannın, karxanaların, çökəklərin, pozulmuş sahələrin hamaralanması, düzəldilməsi və bərpa işlərinin aparılmasıdır.

Depresiya qıfları[redaktə | mənbəni redaktə et]

Yeraltı suların çıxarıldığı sahələrdə suyun enən və azalan piezometrik səthidir. Dağ sənaye rayonlarında belə qıflara tez-tez rast gəlinir.

Draqa töküntüləri[redaktə | mənbəni redaktə et]

Pərakəndə (dağıntı halında) yayılmış faydalı qazıntıların istehsalında draylınq texnikası ilə daşınması, toplanması və yatağa döşənməsi mümkün olan töküntülərdir.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Yaqubov Q.Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiyası Bakı 2003