Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar.
Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir.
4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir.
Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər.
Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır.
Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir:
Qeyd olunan sxemdə göstərilən yataqların demək olar ki, hamısı Azərbaycanda vardır. Ümumiyyətlə, Azərbaycan ərazisinin geoloji quruluşu, strukturu, maqmatizmi, çökmə və metasomatik süxur kompleksləri mürəkkəb və müxtəlifdir. Məhz bununla əlaqədar olaraq, Azərbaycan müxtəlif struktur –metallogenik zonalarda yerləşmiş bir sıra faydalı qazıntılarla zəngindir. Bu bölgədə dəmir, mis-kolçedan , alunit, kobalt, barit, qızıl və s. filizlərin, mərmər, pirofillit, kaolinit, qabbroidlər, qranitoidlər, qranodiorit, əhəngdaşı kimi tikinti və üzlük daşı süxurların yataqları mövcuddur. Bu yataqlarda filizlər içərisində 200-ə yaxın minerallara rast gəlinir. Bunlardan maqnetit, qranat, epidot, piroksen, aktinolit, obsidian, xlorit, kalsit, kvars, hematit və sulfidləri (pirit, xalkopirit və s.) göstərmək olar. Bu minerallardan ametist, qranat kimi qiymətli daşları, dağ bülluru, pirop, almandın, andaratit kimi zərgərlik daşlarını xüsusi ilə qeyd etmək olar.
Bəzi minerallar özun xüsusiyətlərinə görə adlandırılmişdir. Məsələn, almaz –bərk, kianit –mavi, rubin –qırmızı, barit –ağır, talk –yağlı, piroksen –odlu qonaq, aktinolit –iki şüalı və s. bəzi menirallar tapıldığı yerlərin adları ilə: muskovit –Moskvada, amazonit –Amazoniyada, daşkəsənit –Daşkəsəndə və s. bəzi minerallar isə müalicəvi və qoruyucu olduğuna görə: nefrit –böyrək xəstəliyi, ametist –sərxoşluqdan qoruyan; bəziləri isə tərkibinə görə: qalenit –qurğuşun, kuprit –mis və s. adlandırılıb.