Cənubi Qafqaz yovşanlıq girdəbaşı

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Azərbaycan sürünənləri əlavə olundu) tərəfindən edilmiş 14:05, 24 aprel 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Beynəlxalq elmi adı

Cənubi Qafqaz yovşanlıq girdəbaşı[1] (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir.

Xarici görünüşü

Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.

Bioloji xüsusiyyətləri

Qışlamadan əsasən mart ayında qayıdırlar və noyabr ayına qədər aktiv olurlar. Onlar əsasən kiçik onurğasızlarla (böçəklər, hörümçəklər, qarışqalar və s.) qidakanırlar. Dişilər il ərzində 2–3 dəfə yumurta qoya bilirlər. Hər yumurtalama dövründə 2–7 olmaqla yumurta qoyurlar (adətən 3–5 yumurta). Təbiətdə üç il müddətində yaşaya bilirlər. Balaları yumurtadan 40 gündən sonra çıxırlar. İlk çıxdıqları an uzunluqları 42–49 sm olur. Qışlamadan sonrayetkinləşirlər. Növbəti yaza cəmi 15–20 % girdəbaş yaşaya bilir. Onların ölününü böyük əksəriyyəti yırtıcı canlılar tərəfindən ovlanması ilə əlaqədardır. Əsasən gündüz aktiv olurlar[1]. Gizlənc yerləri əsasən gəmiricilərin qazdığı yuvalardır. Qışda isə yuvaların dərinliyi 20 sm qədər enir[2].

Yayılma və yaşayış yerləri

Girdəbaşlara əsasən Ermənistan, Türkiyə (şimal-şərq rayonları) və Azərbaycan (Naxçıvan Muxtar Respublikası). Ermənistan ərazisinfə bir necə populyasiya məlumdur. Əsasən Armavir məğzi ərazisində rast gəlinir. Araz çayı vadisində 6 populyasiya yayılmışdır. Xüsusi ilə Goravan səhrasında hər 1 ha əraziyə 1–2 nümunə düşür.

Onlar əsasən 800–1050 m yüksəklikləri arası olan daşlı və gilli yarımsəhralarda yaşayırlar.

İnsan fəaliyyəti

Növ beynəlxalq qırmızı kitaba daxil edilmişdir. Üstəlik nəsli nəsilməkdə olan növ hesab edilir. Səbəb isə son 12 il ərzində yayılma arealının 80 % boyunca əkin sahələri və şəhərsalma sahələri salınmışdır. Bu canlıların yayılma arelı boyunca yerləşən ölkələrdən bircə Ermənistanın qırmızı kitabına daxil edilmişdir. Hətta ətraf mühitə dəymiş zərərlə bağlı qanunvericilikdə hər öldürülən Cənubi Qafqaz yovşanlıq girdəbaşına görə (yumurtalarıda daxil olmaqla) 15 min dram ödənilməlidir[3].

İstinadlar

  1. 1 2 "Cənubi Qafqaz yovşanlıq girdəbaşı". Herpeton.ru. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  2. "Yovşanlıq girdəbaşı". Ecosystema.ru. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
  3. "Закон РА «О платежах возмещения за причиненный ушерб растительному и животному миру вследствие природоохранных правонарушений»". Ecolur.org, Parliament.am. 2016-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-09.

Xarici keçidlər