Talıb Tale

Vikipediya, azad ensiklopediya
Gunduz Azadoglu (müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 14:12, 9 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Talıb Tale
Ümumi məlumatlar
Ləqəbi Tale
Doğum tarixi 16 fevral 1981(1981-02-16) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor.

Həyatı

Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.[1]

Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür.

Təhsili

Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır.

1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir.

Musiqiçilik fəaliyyəti

Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.[1]

Təltif və mükafatları

1998-ci ildə "Yeniyetmələr arasında keçirilən kinqboksinq üzrə respublika çempionatı"nda birinci yerə layiq görülmüşdür.

2017-ci ilin oktyabr ayında keçirilən "Maşın" realiti-şousunun 15-ci "sürəti"ndə qalib olmuşdur.

Ailəsi

Talıb Tale subaydır. İslam Ələsgərin nəvəsi, Aşıq Talıbın nəticəsi, Aşıq Ələsgərin kötücəsidir.[1]

İstinadlar

  1. 1 2 3 Savalan Talıblı. "Talıb Tale illər öncə gələcəkdə baş verəcək hadisəni söyləyib. İfaçının əmisiylə müsahibə" (az.). analoq.az. 25.10.2017. 2017-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-26.