Savalan Talıblı

Savalan Talıblı (azərb. Maşayev Savalan Tahir oğlu‎; d. 24 fevral, 1983, Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan, Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR ) — Azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2009), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2014), Prezident təqaüdçüsü (2015)

Savalan Talıblı
azərb. Maşayev Savalan Tahir oğlu
Savalan Tahir oğlu Maşayev
Savalan Tahir oğlu Maşayev
Doğum tarixi (40 yaş)
Doğum yeri Molla Eyyublu, Cəlaloğlu rayonu, Qərbi Azərbaycan
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı 1
Atası Tahir Talıblı
Milliyyəti Azərbaycanlı
Təhsili Odlar Yurdu Universiteti
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 2006-indi
Mükafatları Prezident təqaüdçüsü (2015)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Savalan Talıblı 24 fevral 1983-cü ildə[1] Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu (Evli) kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar.

İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır[2]. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folkloretnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb.

Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb. "525-ci qəzet", "Kaspi", "Paritet", "Palitra", "Express" kimi qəzetlərdə müxtəlif mövzularda məqalələri dərc edilib.

2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2014-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2015-cu ildə AYB tərəfindən "Prezident təqaüdü"nə layiq görülmüşdür.[3]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlilidir. 1 övladı var. Savalan Talıblı şair, publisist Tahir Talıblının oğludur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

Məqalələri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Savalan Talıblı 30 Yaşın Mübarək — sous.az saytı". 2013-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-23.
  2. Aydın Muradlı, Müsahibə — Savalan Talıblı:"Alim Qasımovu televiziya vasitəsiylə izləyə bilmirəm..." — edebiyatdefteri.com saytı
  3. 1 2 Vüsalə Qələndərli. "Savalan Talıblı: "Əgər Elza Seyidcahan şeir yazırsa, məncə heç cür ciddi ədəbiyyatın yaranacağından söhbət gedə bilməz!" (müsahibə)" (az.). xeberlenti.com. 05.05.2015. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]