Qreqori Pek

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) (Yeni səhifə: {{Şəxslər |şəkil = Qreqori Pek.jpg |şəkil məlumat = |şəkil miqyası = 200 |Adı = QREQORİ PEK |Tam Adı = |Digər Adları = |Doğum Tarixi...) tərəfindən edilmiş 04:08, 23 iyul 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
QREQORİ PEK
ing. Gregory Peck
Fayl:Qreqori Pek.jpg
Doğum tarixi 5 aprel 1916(1916-04-05)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 iyun 2003(2003-06-12)[1][3][…] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bronxopnevmoniya[d]
Təhsili
Fəaliyyəti kino aktyoru, xarakter aktyoru[d], film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, prodüser
Fəaliyyət illəri 1942-ci ildən
Partiyası
gregorypeck.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

|}

Eldred Qreqori Pek (ing. Gregory Peck) - tanınmış ABŞ aktyoru.

Həyatı

Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis)... Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır.

Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi. Universitetdə oxuduğu illərdə Pek ədəbiyyat və aktyorluq sənəti ilə xüsusi maraqlanır və hətta universitet teatrına üz tutur. 1939-cu ildə Qreqori Pek bakalavr dərəcəsi alır və bir dəfə aktyorluq həvəsi onda baş qaldırır. Bu zaman Qreqori Nyu-Yorka getməli olur.

Ciddi şikəstlik onu İkinci Dünya müharibəsində xidmət etməkdən azad edir. Elə bu zaman onun bəxti gətirir təqaüd almağa başlayır. 2 teatr mövsümündən sonra Pek Brodveyə doğru irəliləməyə nail olur. Brodvey teatrlarının səhnələrində onun ifa etdiyi hər üç tamaşa teatr tənqidçiləri və izləyiciləri tərəfindən müsbət qarşılanır. Pekin sorağı Hollivuda da gedib çatır. 1944-cü ildə Qreqori Pekə “Şöhrət günləri” filmində partizan rolunu ifa etməyi həvalə edirlər.

Elə həmin ildə də (1944) “Şahlığın açarı” filmində çəkilir. Bu filmdə rol alması Qreqori Pekə ulduz statusu və ilk “Oskar” qazandırır. Həmin müharibə illəri zamanı Hollivudda bir növ aktyor qıtlığı yaranmışdı. Səbəb bütün məşhur aktyorların cəbhəyə yollanması idi. Buna görə də Qreqori Pek rejissorlar tərəfindən “əldən buraxılmayan tapıntı” kimi aramsız olaraq müxtəlif filmlərə dəvət alırdı.

50 illik aktyorluq fəaliyyəti zamanı Pek 50-dən artıq filmdə çəkilməyə nail oldu. Onu dəfələrlə “Oskar”a namizəd seçsələr də, yalnız bir dəfə – “Masqaraçını öldürmək” filmində ifa etdiyi vəkil roluna görə bu mükafatı qazana bilir. Bu film 1962-ci ildə ekranlara çıxmışdı.

Nüfuzlu aktyor olmasına baxmayaraq, 1947-ci ildə Pek öz vətənində Mel Ferrerlə birgə əsasını qoyduğu kiçik “Pleyhauz” teatrında işləməyə razı olmuşdu. Ömrünün sonlarına yaxın bir nəfərin şousu ilə (“Qreqori Peklə söhbətlər”) bütün Amerikanı gəzir. Burada o, özü haqqında danışır və dinləyicilərin verdiyi ayrı-ayrı sualları cavablandırırdı.

Qreqori Pek 12 iyun 2003-cü ildə 87 yaşında Los-Ancelesdə ürək çatışmazlığı və bronxial pnevmoniya diaqnozu ilə vəfat etmişdir.

Filmoqrafiya

  1. Şöhrət günləri (1944) / Days of Glory
  2. Şahlığın açarı (1945) / Keys of the Kingdom
  3. Ovsunlanmış (1945) / Spellbound
  4. Maral balası (1946) / Yearling
  5. Günəş altında duel (1946) / Duel in the Sun
  6. Centlmensayağı razılaşma (1947) / Gentleman's Agreement
  7. Makomber işi (1947) / Macomber Affair
  8. Sarı səma (1948) / Yellow Sky
  9. Şaquli uçuş (1949) / Twelve O'Clock High
  10. Böyük günahkar (1949) / Great Sinner
  11. Atıcı (1950) / Gunfighter
  12. Kapitan Qorasio (1951) / Captain Horatio Hornblower R.N.
  13. David və Virsaviya (1951) / David and Bathsheba
  14. Kilimancaro qarı (1952) / Snows of Kilimanjaro
  15. Roma tətilləri (1953) / Roman Holidays
  16. Gecə adamları (1954) / Night People
  17. Bənövşəyi düzənlik (1954) / Purple Plain
  18. Mobi Dik (1956) / Moby Dick
  19. Qadını yaradarkən (1957) / Designing Woman
  20. Bravados (1958) / Bravados
  21. Böyük ölkə (1958) / Big Country
  22. Sevimli bütpərəst (1959) / Beloved Infidel
  23. Sahildə (1959) / On the Beach
  24. Navaron adasının topları (1961) / Guns of Navarone
  25. Qorxu burnu (1962) / Cape Fear
  26. Masqaraçını öldürmək (1962) / To Kill a Mockingbird
  27. Kapitan Nyumen (1963) / Captain Newman, M.D.
  28. Xəyal (1965) / Mirage
  29. Arabesk (1966) / Arabesque
  30. Ayın izi ilə (1968) / Stalking Moon
  31. Makkennanın qızılı (1969) / Mackenna's Gold
  32. Sədr (1969) / Chairman
  33. İtirilmişlər (1969) / Marooned
  34. Nişanə (1976) / Omen
  35. Mak Artur (1977) / MacArthur
  36. Braziliyadan olan oğlanlar (1978) / Boys from Brazil
  37. Dəniz canavarları (1980) / Sea Wolves
  38. Mavi və boz (1982) / Blue and the Gray
  39. Qırmızı və qara (1983) / Scarlet and the Black
  40. Təəccübedici Qreys və Çak (1987) / Amazing Grace and Chuck
  41. Başqalarının pulları (1991) / Other People's Money
  42. Qorxu burnu (1991) / Cape Fear
  43. Mobi Dik (1998) / Moby Dick
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Gregory Peck // Encyclopædia Britannica (ing.).
  3. http://www.aveleyman.com/FilmCredit.aspx?FilmID=11755&Extra=Y.
  4. http://lifeinlegacy.com/2003/WIR20030614.html.