Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[1][2][…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[1][3][…], Los-Anceles, Kaliforniya, ABŞ[4]) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962).
Qreqori Pek | |
---|---|
ing. Gregory Peck | |
Doğum adı | Eldred Gregory Peck |
Doğum tarixi | 5 aprel 1916[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2003[1][3][…] (87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bronxopnevmoniya[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, xarakter aktyoru[d], film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, prodüser |
Fəaliyyət illəri | 1942-ci ildən |
Təhsili |
|
Boyu | 189 sm |
Mükafatları |
|
IMDb | ID0000060 |
gregorypeck.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi[5][6]. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis)[7]. Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır.
Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi. Universitetdə oxuduğu illərdə Pek ədəbiyyat və aktyorluq sənəti ilə xüsusi maraqlanır və hətta universitet teatrına üz tutur. 1939-cu ildə Qreqori Pek bakalavr dərəcəsi alır və bir dəfə aktyorluq həvəsi onda baş qaldırır. Bu zaman Qreqori Nyu-Yorka getməli olur.
Ciddi şikəstlik onu İkinci dünya müharibəsində xidmət etməkdən azad edir. Elə bu zaman onun bəxti gətirir və təqaüd almağa başlayır. 2 teatr mövsümündən sonra Pek Brodveyə doğru irəliləməyə nail olur. Brodvey teatrlarının səhnələrində onun ifa etdiyi hər üç tamaşa teatr tənqidçiləri və izləyiciləri tərəfindən müsbət qarşılanır. Pekin sorağı Hollivuda da gedib çatır. 1944-cü ildə Qreqori Pekə "Şöhrət günləri" filmində rus partizanı rolunu ifa etməyi həvalə edirlər[8].
Elə həmin ildə də (1944) "Şahlığın açarı" filmində çəkilir. Bu filmdə rol alması Qreqori Pekə ulduz statusu və ilk "Oskar" qazandırır. Həmin müharibə illəri zamanı Hollivudda bir növ aktyor qıtlığı yaranmışdı. Səbəb bütün məşhur aktyorların cəbhəyə yollanması idi. Buna görə də Qreqori Pek rejissorlar tərəfindən "əldən buraxılmayan tapıntı" kimi aramsız olaraq müxtəlif filmlərə dəvət alırdı.
50 illik aktyorluq fəaliyyəti zamanı Pek 50-dən artıq filmdə çəkilməyə nail oldu. Onu dəfələrlə "Oskar"a namizəd seçsələr də, yalnız bir dəfə – "Bülbülü öldürmək" filmində ifa etdiyi vəkil roluna görə bu mükafatı qazana bilir. Bu film 1962-ci ildə ekranlara çıxmışdı.
Nüfuzlu aktyor olmasına baxmayaraq, 1947-ci ildə Pek öz vətənində Mel Ferrerlə birgə əsasını qoyduğu kiçik "Pleyhauz" teatrında işləməyə razı olmuşdu. Ömrünün sonlarına yaxın bir nəfərin şousu ilə ("Qreqori Peklə söhbətlər") bütün Amerikanı gəzir. Burada o, özü haqqında danışır və dinləyicilərin verdiyi ayrı-ayrı sualları cavablandırırdı.
Qreqori Pek 12 iyun 2003-cü ildə 87 yaşında Los-Ancelesdə ürək çatışmazlığı və bronxial pnevmoniya diaqnozu ilə vəfat etmişdir.
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1944 | Şöhrət günləri | Days of Glory | Vladimir |
1945 | Şahlığın açarları | Keys of the Kingdom | Frensis Çizholm |
1945 | Ovsunlanmış | Spellbound | Con Bellantayn |
1946 | Maral balası | Yearling | Ezra "Penni" Bekster |
1946 | Günəş altında duel | Duel in the Sun | Lüton Makkenles |
1947 | Centlmensayağı razılaşma | Gentleman’s Agreement | Filip Şöyler Qrin |
1947 | Makomber işi | The Macomber Affair | Robert Vilson |
1948 | Sarı səma | Yellow Sky | Ceyms "Striç" Douson |
1949 | Şaquli uçuş | Twelve O’Clock High | Frenk Sevic |
1949 | Böyük günahkar | Great Sinner | Fyodor |
1950 | Atıcı | Gunfighter | Cimmi Rinqo |
1951 | Kapitan Horasio | Captain Horatio Hornblower R.N. | kapitan Horasio Hornblouer |
1951 | David və Virsaviya | David and Bathsheba | Çar David |
1952 | Kilimancaronun qarları | Snows of Kilimanjaro | Harri Strit |
1953 | Roma tətilləri | Roman Holidays | Co Bredli |
1954 | Milyon funt sterlinq dəyərində bank bileti | The Million Pound Note | Henri Adams |
1954 | Gecə adamları | Night People | polkovnik Stiv Van Dayk |
1954 | Bənövşəyi düzənlik | Purple Plain | Bill |
1956 | Mobi Dik | Moby Dick | kapitan Ahab |
1957 | Qadını yaradarkən | Designing Woman | Mayk |
1958 | Bravados | Bravados | Cim Duqlass |
1958 | Böyük ölkə | Big Country | Ceyms Makkey |
1959 | Sevimli bütpərəst | Beloved Infidel | Skott |
1959 | Sahildə | On the Beach | DVayt Layonel |
1961 | Navaron adasının topları | Guns of Navarone | kapitan Kit Mellori |
1962 | Qorxu burnu | Cape Fear | Sem Bouden |
1962 | Bülbülü öldürmək | To Kill a Mockingbird | Attikus Finç |
1963 | Kapitan Nyumen | Captain Newman, M.D. | kapitan Cozef Nyumen |
1965 | Xəyal | Mirage | Devid Stiluell |
1966 | Arabesk | Arabesque | professor Devid Pollok |
1968 | Ayın izi ilə | Stalking Moon | Sem Vorner |
1969 | Makkennanın qızılı | Mackenna's Gold | Makkenna |
1969 | Sədr | Chairman | Con Hetuey |
1969 | İtirilmişlər | Marooned | Çarlz Keyt |
1976 | Nişanə | Omen | səfir Robert Torn |
1977 | Mak Artur | MacArthur | general Duqlas Makartur |
1978 | Braziliyadan olan oğlanlar | Boys from Brazil | Yozef Mengele |
1980 | Dəniz canavarları | Sea Wolves | Lüis |
1982 | Mavi və boz | Blue and the Gray | Avraam Linkoln |
1983 | Qırmızı və qara | Scarlet and the Black | Hyu O’Flerti |
1987 | Təəccübedici Qreys və Çak | Amazing Grace and Chuck | prezident |
1991 | Başqalarının pulları | Other People's Money | Endrü Yorgenson |
1991 | Qorxu burnu | Cape Fear | vəkil Li Heller |
1998 | Mobi Dik | Moby Dick | vaiz |